Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 1 » Nədir Namaz? (II hissə)
    Nədir Namaz? (II hissə)
    17:17
    Salət (namaz) bəndədən Allaha bir duadır.
    Namazın (salətın) bir mənası da duadır. Dua "yardım və dəstək” tələbidir. Dua kəlməsinin özünün də ərəb dilində olmasına baxmayaraq, (salət) sözü də dua kimi işlənir. Namaz duanın fel halına çevrilmiş formasıdır. "Onların mallarından sə də qə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir.” (Tövbə, 103).

    Bəndə, başına iş gələndə də səbr edib, dua edərək, namaz qılaraq Rəbbindən yardım diləyər. Allah təala buyurur ki; "Ey iman gətirənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin.” (Bəqərə, 153). Hallarından şikayət edən İsrail oğullarına da, Allah, namaz qılmaqla, yəni dua etməklə yardım istəməyi buyurmuşdu; "Musaya və qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın… ” (Yunus, 87). Namaz (salət) qılmaq, yəni dua etmək, möminlər üçün Məkkədə ölüm-dirim savaşı halında yaşanda da bir səbr daşı idi; "O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): "(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. ” (Nisa, 77). Namaz insanı dik və diri tutan bir ibadətdir. Belə bir ibadəti, özü, ailəsi, nəsli və bütün ümməti üçün diləyən şəxs Rəbbinə dua edərək belə demişdi; "Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Hacəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. ……..” "Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!” (İbrahim 37-40). O şəxs atamız, Hz. İbrahim (ə.s) peyğəmbərdir.
    Namaz (salət) duadır. İnsan niyə dua edər ki?! Özünün qüvvəsi aciz olduğu işlərdə Rəbbindən yardım və dəstək istər. Dua dəstəkdir. Allah insana salat (dua) edərsə demək ona dəstək olar. "Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən (salat edən) Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). Allah möminlərə rəhm edəndir!” (Əhzab, 43).
    Həm də qeyd olunmalıdır ki, bəndənin namaz qıla bilməsi əvvəla Rəbbin onu müvəffəq etməsidir və sonra da mütləq namazının (salatın) mükafatını ona verəcəkdir. "İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!” (Bəqərə, 277).
    Salət (namaz) iman ailəsinə, möminlərə bir mənsubiyyətdir.
    "Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır.” (Tövbə, 11).
    Bir başqa ayədə də; "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər.” (Tövbə, 71).
    Deməli möminlərdən olmaq üçün, namaz qılmaq şərtdir. Bu da öz formasında bir sertifikatdır, cəmiyyətdə tanınmaqdır. Amma namaz olaraq hansı namaz, necə qılınan namaz? "O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər!” (Möminlər, 22). Namazı tərk edib, öz keflərinə uyanlara Allah təala bildirmişdir ki; "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar)” (Məryəm, 59). Amma namazı tərk etmək yalnız onun qılınmaması ilə izah oluna bilməz. Namazı lazımınca qılmamaq, onu zay etmək özü də onu tərk etmək sayılır. Bu hal da bir münafiqlikdir. Necə ki, Rəbbimiz münafiqlərini bir neçə sifətini qeyd edərək Quranda bildirib ki; "Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir.” (Tövbə, 54). Əgər onlar namazı tərk etmişdilərsə, namaza ehtiyac duymurdularsa, onlar üçün namzın bir əhəmiyyəti yox idisə, onda daha namazı niyə qılırdılar ki? Bu sualımıza da Rəbbimiz belə cavab verir; "Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.” (Nisa, 142).
    Həm də unutmayaq ki, namaz, müttəqilərin əlamətlərindəndir. Bunu Rəbbimiz bizə Quranın lap başında bildirmişdi; "Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki müttəqilər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.” (Bəqərə, 2-3).
    Namaz (salət) iqamə edilincə qiyməti olar.
    İqamə nədir? Qurani Kərimdə namaz qılmaq buyurulan, namaz qılanlar haqqında danışan ayələr məhz namazı iqamə etmək kimi bildirilmişdir. Namazı qılmaq buyurulursa namaz qılmayanlara aiddir, namazı iqamə etmək buyurulursa namaz qılanlara aid bir buyuruqdur. İqamə ərəb dilində, düz tutmaq, qaldırmaq, dik və doğru saxlamaq, yıxmamaq mənasında işlənir. Həm də "iqamə” edilən namaz sahibini doğruldar. Deməli sadəcə namazı qılmamaq deyil, namazı doğru-dürüst davam etdirməmək problemi də var ki, Allah təala bunu dəfələrcə Qurani Kərimdə bildirir.
    Namaz qılmaq haqqında olan ayələri bir-bir oxuyun və diqqətlə fikir verin, bir çox ayələrdə namaz sözü varsa yanında onu (iqamə) doğru dürüst əda etmək vardır. Namazı doğru və haqqıyla əda etməyənlər isə həm Allahın haqqını itirmiş həm də qulların da hüquqlarını tapdalamış olurlar. Buna ən gözəl misal Məun surəsidir.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 677 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 3
    Qonaqlar: 3
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru