Müsəlman xəstələr üçün halal vitaminlər istehsal edilib
12:43
Yeni həblərin tərkibində donuz jelatini yoxdur.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın Miçiqan ştatında fəaliyyət göstərən dərman firmalarından biri müsəlmanlar üçün halal vitaminlərin istehsalına başlayıb.
Firma rəhbərliyi ştatda müsəlmanların halal tibbi preparatlara tələbinin artmasını nəzərə alaraq, tərkibində islam dini mənsubları üçün qəbuledilməz sayılan donuz jelatini olmayan həblərin hazırlandığını deyib.
Əczaçı Sam Alviya halal dərmanlara tələbatın ştatda getdikcə artdığını deyərək, müsəlman icmasının gözümçıxdıya salınmaması və ehtiyaclarının qarşılanması gərəkdiyini ifadə edib.