Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyul » 11 » MÜNAFİQLİK NƏDİR?
    MÜNAFİQLİK NƏDİR?
    16:49
    İslamın ilk anlarında, Məkkə dövrlərində insanlar iki qismə bölünürdülər. Müsəlman və Kafir. Çünki Məkkə dövrlərində müsəlmanlar az və çox zəif gücə malik idilər. Qənimət və buna oxşar başqa dünyavi mənfəət yox idi. Ona görə də İslama ancaq xalis qəlblə daxil olurdular. Hətta müşrüklər onlara dinlərindən dönsünlər deyə əziyyət versələr də onlar dinlərindən dönmürdülər. Ancaq Peyğəmbər (Allahın ona salavat və salamı olsun)Mədinəyə hicrət etdikdən sonra İslam dini və müsəlmanlar gücləndilər, İslam dövləti quruldu. Bədr döyüşündə müsəlmanlar qalib gəldikdən sonra müxtəlif məqsədlərə nail olmaq üçün bir qrup insan özlərini İslam dininə daxil olmuş kimi göstərməyə başladılar. Belə ki, onlar zahirdə müsəlmanlarla birlikdə olsalar da, daxilən müşrüklərlə birlikdə idilər. Bu qrup insanların başçısı isə Abdullah ibn Ubey ibn Səlul idi. Bəs münafiq kimdə deyilir?
    Münafiq – daxilən kafir, zahirən isə özünü müsəlman kimi göstərənlərə deyilir. Münafiqlər qəlblərindəki küfrlərini Peyğəmbər (Allahın ona salavat və salamı olsun) və onun səhabələrindən gizlədirdilər. Allahdan isə heç nəyi gizlətmək mümkün deyil. Uca Allah buyurur:
    “Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir”(Muhəmməd, 30).
    Həmçinin Tövbə surəsində Uca Allah münafiqlərin bir çox sifətlərini üzə çıxartdı. Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: “Onların (münafiqlərin) vəsfləri elə nazil olurdu ki, hətta biz güman edirdik ki, onların hamısı barədə zikr olunacaqdır”. (İbn Munzir)
    Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onları tanısa da “Muhəmməd ətrafındakıları öldürür” deyilməsin deyə, onlarla pis davranmır, onların əziyyətlərinə dözürdü. Fikir verin, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu anda belə dəvəti düşünür, İslamın adına ləkə gəlməsin deyə özünün əziyyət çəkməsinə belə razı olurdu. Biz də Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) nümunə götürərək islam dəvətinə xələl gəlməməsi üçün, namaz qılıb, ibadət edənləri pis əxlaq nümunəsi kimi göstərməsinlər deyə, özümüzü hər yerdə əxlaqlı aparmalıyıq. Nəfsimizə xoş gəlsə də, Allah üçün, İslam dəvəti üçün çox şeyləri tək etməliyik. Çünki islama daxil olmamışdan öncə göstərdiyimiz əxlaqın zərəri təkcə özümüzə olurdusa, islama daxil olduqdan sonra bu zərər bütün islam ümmətinə, namaz qılanlara dəyir. Və bunun məsuliyyətini daşımaq isə çox çətin və təhlükəli məsələdir. Hətta səhabələr və saleh insanlar da nifaqdan qorxduqları halda, biz də arxayın olmamalı, nifaqın əlamətlərini lazımı şəkildə öyrənib özümüzü bu təhlükədən qorumalıyıq. Uca Allah Qurani-Kərimdə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz hədislərində münafiqlərin əlamətlərini biz müsəlmanlara bildirmişdir ki, özümüzü o sifətlərdən uzaq edək, həmçinin münafiqlik əlamətləri olan insanları tanıyıb bu növ insanlardan da uzaq olaq. Bunun üçün özümüzü tez-tez hesaba çəkməli, həqiqi iman gətirənlərdən olub — olmadığımızı özlüyümüzdə araşdırmalıyıq. Çünki insan öz nəfsini daha yaxşı tanıyır, nəfsinin ona nəyi əmr etdiyini daha yaxşı bilir. Nifaqın əlamətlərini bilmədiyi üçün bir insanda münafiqlik xisləti olsa da, o, bunu hiss etməyə bilər. Buna görə də bu barədə bilməli olduğumuz məsələlər vardır. Nifaq iki qismə bölünür:
    Birinicisi: Böyük nifaq. Bu o nifaqdır ki sahibini əbədi olaraq Cəhənnəmin alt qatına aparır. Bu o nifaqdır ki, qəlbindəki küfrü gizlədib, üzdə özünü müsəlman kimi göstərir. Uca Allah onlar barədə belə buyurur:
    “İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər. Onlar Allahı və iman gətirənləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadır və bunu anlamırlar. Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər”. (Bəqərə, 8-10). Uca Allah münafiqlərin nə qədər təhlükəli olduğunu bildirmək üçün Quranda çox yerlərdə bu mövzuya toxunmuşdur. Elə, münafiqləri ifşa edən Tövbə surəsini və Quranda onların adına tam bir surə olması buna dəlildir. Bu surə Munafiqun surəsidir.
    İkincisi: Əməli nifaq. Nifaqın bu növü sahibini islamdan çıxartmasa da bu əməlləri edən böyük günah sahibi olur və hər dəfə davamlı olaraq bu əməlləri etməklə böyük nifaqa yaxınlaşır. Qeyd etdiyimiz kimi münafiqlərin əlamətləri vardır ki, bunlarda bəzilərini xatırlatmaq istərdim. Abdullah Amr ibn As () rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Kimdə bu dörd xislət olarsa xalis münafiq olar. Danışdıqda yalan danışar, əhd etdikdə əhdinə müxalif çıxar, münaqişə etdikdə qışqırar, ona nəisə əmanət edildikdə xəyanət edər”.(Buxari vı Muslim). Başqa bir rəvayətdə isə “Münafiqin əlaməti üçdür”, deyilmişdir. Müslimin rəvayətində belə deyilir: “Danışdıqda yalan danışar, vəd verdikdə vədinə xilaf çıxar, əmanət olunduqda əmanətə xəyanət eləyər. Hətta namaz qılıb, oruc tutub və müsəlman olduğunu iddia eləsə belə”(yəni münafiqdir).
    Nifaqın əlamətləri bununla bitmir. Nifaqın çoxlu əlamətləri vardır ki, Uca Allah Qurani-Kərimdə, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədislərində bizə bu barədə xəbər vermişdir. Bunlardan: Yalan, xəyanət, vədə xilaf çıxmaq, ibadətlərə tənbəlliklə yanaşmaq, riya, Allahı az zikr eləmək, az namaz qılmaq, müsəlmanları lağa qoymaq, istehza eləmək, sədəqəni qəlbən istəmədən məcburən vermək, Allahın qədərinə etiraz eləmək, salehlər barədə pis danışmaq, camaat namazından yayınmaq, islah adı ilə fitnə-fəsad törətmək, zahirinin batininə müxalif olması, mübahisə etməsi, yalandan and içmək, paxıllıq, pis işləri əmr edib yaxşı işlərdən çəkindirmək, Allahı tez-tez unutmaq, elm almağa cəhd etməmək, insanlardan günahlarını gizlədib Allahdan utanmamaq, mömin günah etdikdə sevinmək və s.
    Amma bu o demək deyil ki, ətrafımızda olan insanlarda bu əlamətlərdən hansısa birini görsək, hətta lap hamısını görsən onun münafiq olduğuna etiqad etməli, onu münafiq kimi çağırmalı, münafiq hesab edib ondan ayrılmalı, zikr edilən ayələrin və hədislərin onlara xas olduğunu düşünməliyik. Əvvəla unutmamalıyıq ki, qeyd etdiyimiz ki, yalnız böyük nifaq sahibi əbədi Cəhənnəmlikdir. Əməli nifaq sahibi isə deyildir. Həmçinin br kəsə münafiq demək çox təhlükəlidir.
    Ey müsəlman qardaşlarım! İbrət olsun deyə, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) zamanında mövcud olan münafiqlərdən bir neçəsinin halını zikr edirəm. Onlardan biri Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək deyir: «Ey Allahın elçisi mən səninlə Tabuk döyüşünə getməyəcəm. Çünki mən sarı qadınları gördükdə səbr eləyə bilmirəm. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona bu sözünə görə döyüşə çıxmamağa icazə verir. Bu hadisənin ardından bu ayə nazil olur. “Onlardan eləsi də var ki: “Mənə izn ver döyüşə getməyim, məni günaha batırma!”– deyir. Doğrusu, onlar artıq günaha batmışlar. Şübhəsiz ki, Cəhənnəm kafirləri çulğayacaqdır”(Tövbə, 49). Həmçinin, İbn Cəmil Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gələrək deyir: “Ey Allahın elçisi! Mən kasıbam. Allaha dua elə mən də varlı olum, Allah yolunda çoxlu sədəqə verim. Daha sonra Allah ona mal-dövlət versə də o, zəkat verməkdən imtina edir. Uca Allah isə bu barədə ayə nazil etdi.
    “Onlardan: “Əgər Allah Öz lütfündən bizə bəxş etsə, əlbəttə, biz sədəqə verər və əməlisalehlərdən olarıq!”– deyə Allaha əhd edənləri də vardır. Allah Öz lütfündən onlara verdikdə isə simiclik edərək üz çevirib getdilər”(Tövbə, 75-76).
    (Təfsir alimləri bunu təfsir kitablarında qeyd etmişlər) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) tərbiyəsini almış səhabələr özlərini ibadətə sərf edib, günahlardan uzaq durmalarına baxmayaraq qəlblərində nifaq olmasından qorxardılar. İbn Əbu Məlikə () deyir ki, “Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) 30 səhabəsini gördüm hamısı nəfsinə görə nifaqdan qorxardılar”. (Buxari).
    Belə ki, bir neçə dəfə sözü vəhy ilə üst-üstə düşən (yəni o istəyən bir şey barədə Allah tərəfindən Peyğəmbərimizə vəhy olunan , məs. Hicab ayəsi), Cənnətlə müjdələnən, şəhid olması qabaqcadan xəbər verilən və həddindən artıq fəzilətləri olan Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) qəlbində nifaq olmasından qorxardı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) münafiqlərin adlarını Huzeyfə (Allah ondan razı olsun) adlı səhabəyə bildirmişdi. Ömər (Allah onda razı olsun) Huzeyfəyə (Allah onda razı olsun) dəfələrlə yaxınlaşıb, ondan münafiqlərin adlarını soruşardı. Huzeyfə (Allah onda razı olsun) demədikdə isə Ömər (Allah onda razı olsun) ona buyurur: “Allaha and verirəm de görüm, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) mənim adımı onlarla yanaşı çəkdimi?”.
    Allahu Əkbər! Ömərin (Allah onda razı olsun) ibadətlərinə baxın, günahlardan çəkinməsinə baxın. Bizim də ibadətlərimizə, günahlardan çəkinməmimizə baxın. Biz heç bir dəfədə olsun qəlbimizdə nifaq olmasından qorxmuşuqmu?!. Münafiqlər sırasında gələ biləcəyimiz qorxusundan əməllərimizə baxıb günahlardan çəkinmişikmi , buna cəhd etmişikmi?
    Həsən əl-Basri buyurur: “(Nifaqdan) ancaq mömin qorxar, ondan ancaq münafiq əmin olar”.
    Allah bizi nifaqdan qorxub, əməllərinə hər gün , hər an nəzər salıb, islah edən möminlərdən, həqiqi İslamı yaşayanlardan etsin.
    Ardı var…
    Ramil Soltanov
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 689 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2012  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru