Şotlandiya eramızdan əvvələ aid mumiyalanmış cəsədlər aşkar edilib.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Şotlandiya alimlərinin apardıqları araşdırmalarda eramızdan əvvəl 1440-1130-cu illərə aid olduğu ehtimal olunan mumiyalanmış insan qalıqları aşkar edilib.
Alimlər Şotlandiya sahillərində tapılan mumiyalarnın müxtəlif insanların meyitlərindən ibarət olduğunu deyiblər. Tədqiqatçılar mumiyalama prosesini həyata keçirənlərin bununla ataların meyitlərindən qalan hissələrindən vahid irq yaratmaq məqsədi güdə biləcəyini iddia ediblər.
Araşdırma nəticələrini təhlil edən alimlər mumiyaların onlara məzarlardakı meyitlərdən əmələ gətirilən roman qəhrəmanı “Frankeşteyn”i xatırlatdığını qeyd ediblər.