Ana Səhifə » 2012 » Avqust » 5 » Misir Ramazanda ictimai məkanlarda oruca zidd hərəkətləri qadağan edə bilər
Misir Ramazanda ictimai məkanlarda oruca zidd hərəkətləri qadağan edə bilər
11:37
Misir müftisi məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Misir müftisi Əli Cümə prezident Məhəmməd Mürsiyə müraciət edərək, Ramazan ayında ictimai məkanlarda açıq şəkildə oruc tutmadığını nümayiş etdirənlər barədə müəyyən tədbirlərin görülməsini istəyib.
Misir Fitva Komitəsinin açıqlamasında isə bir müsəlmanın Ramazan ayında heç bir üzrlü səbəb olmadan bilərəkdən insanların qarşısında yeyib-içməsinin dini baxımdan qəbul edilmədiyi bildirilib. Komitə belə şəxslərə münasib formada xəbərdarlıq edilməsi və xəbərdarlığa məhəl qoymayanların cəzalandırılması üçün xüsusi işçilərin cəlb olunmasının vacibliyini vurğulayıb.
Ramazanda açıq şəkildə yeyib-içərək istədiyi kimi davranmanın vətəndaşın sərbəstliyi mənasına gəlmədiyini vurğulayan komitənin açıqlamasında oruc tutmadığını açıq şəkildə bildirmənin günahını da açıq şəkildə boynuna almaq demək olduğu qeyd edilib.