Məqsəd yaşlı insanların məscidə qalxa bilməsini təmin etməkdir.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Burdur vilayətindəki məscidlərdən birinə eskalator quraşdırılıb.
Məscidin əməkdaşı ərazidə bir çox yaşlı insanın namaz qılmaq üçün məscidə gələrkən pilləkənləri qalxmaqda əziyyət çəkdiklərini, bu səbəbdən yaşlı vətəndaşların çətinliklərinin aradan qaldırılması üçün eskalator quraşdırıldığını deyib.
Şəhərin mərkəzində 1971-ci ildə inşa edilən min nəfərlik Bazar məscidinin ikinci mərtəbəsinə qalxmaq üçün quraşdırılan eskalatorların yalnız namaz saatlarında işlədildiyi bildirilib. Bazar Məscidinin Mühafizəsi Dərnəyinin sədri Suat Can eskalatorun quraşdırılması ilə yaşlıların namaza gəlmələri ilə bağlı problemin aradan qalxdığını deyib.