Ana Səhifə » 2012 » Avqust » 12 » Mədinədə etikafa girənlər elektron qeydiyyatdan keçirlər
Mədinədə etikafa girənlər elektron qeydiyyatdan keçirlər
18:24
Bu ilki Ramazanda Peyğəmbər məscidinə etikafa gələnləri elektron qeydiyyata alırlar.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildiri ki, Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki Peyğəmbər məscidinin müdiriyyəti builki etikaf şərtlərini açıqlayıb. Müdiriyyət ilk dəfə məsciddə etikaf etmək istəyənlər üçün bir sıra qaydalar müəyyən edib.
Belə ki, bu il Ramazan ayında Peyğəmbər məscidində etikafa girmək istəyənlər elektron qeydiyyatdan keçməlidirlər. Məscid müdiriyyəti bunda məqsədin etikafa girəcək müsəlmanların müvafiq təlimat kitabçasını əldə etmək üçün gözləməmələri olduğunu bildirib. Təlimat kitabçasında məsciddə təmizliyə riayət edilməsi, namaz qılanların narahat edilməməsi, bayram gecəsi yatsı namazıdan dərhal sonra etikafın başa çatdırılması, müsəlmanların özləri ilə birlikdə yalnız döşəkağı gətirməsi və təmizliklə bağlı digər tələblər öz əksini tapıb.