Ana Səhifə » 2012»İyul»6 » Kosmosda nəhəng qalaktika əsrarəngiz şəkildə yoxa çıxıb...
Kosmosda nəhəng qalaktika əsrarəngiz şəkildə yoxa çıxıb...
21:52
Trilyon kilometrlərlə ərazini əhatə edən nəhəng qalaktika iki il ərzində yoxa çıxıb.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Yer planetindən 450 işıq ili uzaqlıqda yerləşən Günəşə bənzəyən ulduzun ətrafında böyüklüyü trilyon kilometrlərlə ölçülən və içərisində planetlərin olduğu ehtimal edilən nəhəng toz halqası iki il yarım ərzində gözdən itib.
ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) əməkdaşlarının apardıqları araşdırmanın “Nature” jurnalında dərc olunan nəticələrində 1983-cü ildə kəşf edilmiş “TYC 82412652” ulduzun ətrafındakı halqanın diametrinin Günəş və Merkuri arasındakı məsafə qədər olduğu bildirilib.
Alimlər dəfələrlə ulduzun və ətrafındakı halqanın şəkillərinin çəkildiyini bildirərək, 2010-cu ildən etibarən halqanın tədricən yox olmağa başladığını deyiblər. Habelə mütəxəssislər Çilinin La Serena bölgəsində yerləşdirilən teleskopun köməyi ilə çəkilən fotoşəkillərdə artıq ulduzun ətrafında heç nə olmadığı müşahidə edilib. Araşdırma nəticələrində 10 milyon yaşlı nəhəng toz halqasının əsrarəngiz şəkildə yox olduğu vurğulanıb.
“Halqa sanki sehrbaz idi. Bir müddət əvvəl vardı, indi isə yoxdur”, - deyə ABŞ-ın Kaliforniya universitetinin əməkdaşı tədqiqatçı Karl Melis bildirib.