Şimali Kipr Türk Respublikasında İnanclara Azadlıq Təşkilatı müəllimlərin Quran kurslarına qarşı həyata keçirdikləri kampaniyalara etiraz ediblər.
Bu məqsədlə Quran kurslarının yenidən fəaliyyət göstərməsi üçün 1500 kipirli türkdə imza toplanıb. Təşkilatın sədri Ayxan Akkurt bildirib ki,: “Qanunlara müvafiq olaraq din kursları bu il dövlət nəzarətində həyata keçiriləcək. Bizə bu imkanı yaradan dövlət işçilərinə öz təşəkkürümüzü bildiririk”. Təqüddə olan polis məmuru Əmir Hüseyin Qaymaq İngilislərin dövründə belə bu cür təzyiqlərlə qarşılaşmadıqalrını deyib. “O zamanlar dinimizi ən gözəl şəkildə yaşaya bilirdik. Çox qəribədir ingilislərin bizə rəva görmədiyini, bunlar bizə rəva görür”,-Hüseyin bildirib.