1) Şeyx ibn Teymiyyədən (rahimullah) Əli ibn Abu Talibin (Allah ondan razı olsun) Əhli Beytdən olmadığını söyləyən bir nasibi barəsində soruşdular. Şeyx İbn Teymiyyə cavab verdi: Əli ibn Abu Talibin Əhli Beytdən olması barədə heç bir fikir ayrılığı yoxdur. Bu o qədər açıq-aydındır ki, buna heç dəlil belə lazım deyil. Daha doğrusu, o, Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) sonra Əhli Beytin və Banu Haşimin ən yaxşısıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) öz paltarını Əli, Fatimə, Həsən və Hüseynin üzərinə salaraq demişdir, "Ya Allah, bunlar mənim Əhli Beytimdir, onları pis əməllərdən, günahlardan təmizlə və onları tərtəmiz elə" (Fətava əl-Kubra, 1/56. Şeyx İbn Teymiyyə)
2) "Kim ki Hüseyni öldürmüşdür, onun öldürülməsində iştirak etmişdir və onun öldürülməsinə sevinmişdir, Allah onlara lənət eləsin!” (Məcməul Fətava, 1/392)
3) "Və Əli, Allah ondan razı olsun, əlbəttə ki Allahın sevimlisi idi” (Minhəcüs Sünnə, 7/218)
4) "Şübhə yoxdur ki, Əli ilə dostluq bütün möminlər üçün vacibdir” (Minhəcüs Sünnə, 7/27)
5) "Əli ibn Abu Talib, Həsən və Hüseyn (Allah onlardan razı olsun) böyük səhabələrdən idi və onların fəzilətinə heç bir şübhə yoxdur. Əli ibn əl-Hüseyn, Muhamməd ibn Əli əl-Baqir, Cəfər ibn Muhamməd əl-Sadiq və Musa ibn Cəfər böyük alimlərdən olmuşdular. Əli ibn Musa əl-Rida, Muhamməd ibn Əli ibn Musa əl-Cavad, Əli ibn Muhamməd ibn Əli əl-Əskəri və əl-Həsən ibn Əli ibn Muhamməd əl-Əskəri isə çox hörmətli möminlərdən olmuşdular. (Minhəcus-Sünnə 2/243, 244. 6/387)
6) "Əli (Allah ondan razı olsun) və digərləri möminlərin dostlarıdır. Bu Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə belə idi, onun (səllallahu aleyhi və səlləm) vəfatından sonra belə idi, Əlinin (Allah ondan razı olsun) vəfatından sonra da belə idi. Əli (Allah ondan razı olsun) indi də möminlərin dostudur." (Minhəcus-Sünnə, 7/325)
7) "Şübhə yoxdur ki, Əli (Allah ondan razı olsun) çox cəsarətli, mühacirlərin və ənsarların ilk səflərində mübarizə aparan səhabə idi." (Minhəcüs-Sünnə, 8/76)
8) "Şübhə yoxdur ki, Əlinin yanında olan Əmmar, Səhl ibn Xuneyf kimi səhabələr Müaviyyənin yanında olan səhabələrdən üstün idilər." (Məcmuətul Rəsail, səh, 610