“Ərəb məscidi” 717-ci ildə ovaxtkı Konstantinopolu fəth etməyə gəlmiş müsəlmanlar tərəfindən inşa edilib.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin İstanbul şəhərində inşa edilən ilk məscid olan “Ərəb məscidi” yenidən istifadəyə verilib. Məscidin açılış mərasimində Türkiyə Baş nazirinin müavini Bülənd Arınc da iştirak edib.
Açılış mərasimində çıxış edən Arınc Türkiyə Vəqflər İdarəsinin əcdadların yadigarı olan tarixi binaları bərpa etdiyini qeyd edərək, son 10 ildə 4 minədək məsciddə, imarətdə, karvansarada və digər tarixi məkanlarda təmir-bərpa işlərinin aparıldığını vurğulayıb. Arınc “Ərəb məscidi”nin Türkiyə memarlığının incilərindən olduğunu deyib.
Məlumat üçün deyək ki, “Ərəb məscidi” müsəlmanların ibadət yerinə çevrilməzdən qabaq Bizans imperiyasının qotik üslubda tikilən yeganə Sankt Paolo kilsəsi kimi fəaliyyət göstərirdi.