Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 19 » Evdar qadın – fədakar ana, yoxsa həyatını “başqa”larına qurban edən bədbəxt?
    Evdar qadın – fədakar ana, yoxsa həyatını “başqa”larına qurban edən bədbəxt?
    17:22
    Son vaxtlar müxtəlif televiziya və radio verilişlərində Azərbaycan ailəsinin dayaqlarının sarsıdılmasına çalışan “qəhrəman”ların sayı çoxalıb. Bu “fədakar”lar hey çalışırlar ki, bizim ailəmizin əsaslandığı ülvi dəyərləri cılızlaşdırıb, “köhnəlik və gerilik” forması olaraq tamaşaçı və dinləyicilərə təqdim etsinlər.

    Belə ülvi və ali dəyərlərdən biri də “evdarlıq”dır. Son zamanlar müşahidə olunur ki, evdarlıq anlayışının mahiyyəti təhrif edilir, həqiqi mənasından uzaqlaşdırılır; evdarlıq haqda həqiqətdən uzaq fikirlər səsləndirilir. Elə bu günlərdə iştirakçısı olduğum verilişlərdən biri məhz evdarlıq mövzusunda idi. Verilişin aparıcısı evdarlığı ciddi-cəhdlə “sindrom” adlandırır, həyat yoldaşına, övladlarına baxan, evin qayğısına qalan xanımlarımızı həyatları puç olmuşlar kimi təsvir etməyə çalışırdı. Təbii ki, bu vəziyyət həm narahatıq doğurur, həm də cəmiyyətdə gedən dağıdıcı sosial təbliğatın məşum “bəhrə”sindən xəbər verir. Həmin verilişin tamaşaçılara təqdim etmək istədiyi görüş bundan ibarət idi ki, iş həyatına atılmayıb ömürlərini öz əzizlərinə – ailəsinə sərf edən qadınlar bədbəxtdirlər, maariflənmədən kənarda qalıblar və s. və i.a. Sözün qısası, Azərbaycan ailəsinin üzləşdiyi digər ciddi problemlər qala-qala məhz bu mövzunun “qorxuducu” problem kimi, özü də “sindrom” adı altında təqdim edilməsi “ata ət, itə ot vermək” düşüncəsinin bizləri də çulğadığını göstərir. Bu yazımız həm bizim haqlı narahatlığımızın nəticəsi kimi qələmə alınıb, həm də əziz oxucunu məlum problem barədə maarifləndirib, əlaqədar incə sosial-psixoloji məqamlarla tanış etmək məqsədi güdür.

    Nədir evdarlıq?

    Əvvəlcə, sualı belə qoyaq: Evdarlıq nədir?

    Evdarlıq sözündə əsas hissə “ev”dir. Bizim ənənəmizdə ev – yuva deməkdir, ailə deməkdir, ocaq deməkdir, yurd deməkdir. Xalqımızın sosial-məişət dünyasında ev bir neçə şəxsin mexaniki surətdə yaşadığı fiziki bina, tikili deyildir. Ev – ülviyyəti, toxunulmazlığı olan ocaqdır, yuvadır... Bu mənada evdar qadın həmin yuvanın qayğısına qalan, onu quran, tənzimləyən, ona həyatilik bəxş edən, üzvlərini (hətta ailə başçısı sayılan əri də) tərbiyə edən qadın deməkdir...

    Evdarlıq həm də ailədaxili həmrəylikdir, “əməkdaşlıq”dır, evin tənzimlənməsidir. Ata qazanıb gətir, ana evə baxır – bişirir-düşürür, yuyur, təmizləyir, uşaqları tərbiyə edir...

    Evdarlıq – şəfqətdir, fədakarlıqdır, sevgidir. Nə üçün? Çünki ana bunu öz əzizləri üçün edir. Heç bir təqdir görmür, “məvacib” də almır yuvalarını quran, min bir əziyyət çəkən analar... Niyə də almalıdır axı?! Əzizləri – həyat yoldaşı və övladları üçün çalışmaq, zəhmət çəkmək ülvi hissdir, fitri borcdur, şərəfli həyatın ayrılmaz elementidir... Rabindranat Taqor demişkən: “Köklər budaqlara su və qida ötürürlər deyə ağacdan haqq istəmirlər...”. İnsan da balası üçün çəkdiyi zəhmətin haqqını istəyərmi?! Bəs harada qaldı şəfqət, ülvi fədakarlıq və bütün bunların əks olunduğu insanlıq?! Dəyərlərə əsaslanan toplumlar fədakar olurlar, maddi maraqların at oynatdığı toplumlar, o cümlədən ailələr isə – mənfəətpərəst.

    Nəhayət, evdarlıq ana olmaqdır. Ana olmaq isə böyük məqamdır. Ana institutunun dəyərini aşağı salan cəmiyyətlər özlərinə zərər vururlar. Ana duyğusu fitrətin, vicdanın dərinliklərində yatan, heç zaman öz mövcudluğunu itirməyən duyğudur. Ana olmaq uşaq dünyaya gətirmək, ona süd vermək deyildir. Ana olmaq uşağı analıq hissi ilə dünyaya gətirməkdir, analıq hissi ilə ona süd vermək, onun qayğısına qalmaqdır. İndiki dövrdə “Buz heykəl”dəki analara bənzər analar gəzir gözlərimiz. Fransız yazıçısı V. Hüqo təbirincə: “Bu analar “ana” sözünün qrammatik cəmindən başqa heç nə deyillər”.

    Bəli, ana olmaq, sağlam nəsil yetişdirmək heç bir pulla qiymətləndirilməyəcək qədər ülvi vəzifədir. Türkiyəli psixoloq Nevzat Tarhanın dediyi kimi: “Yaxşı ana olub tərbiyəli-qanacaqlı uşaq yetişdirmək zavod qurub fabrik yaratmaqdan qat-qat faydalı və əhəmiyyətlidir”.

    Nə üçün evdar qadın anlayışını təhrif edib gözdən salmağa çalışırlar?

    İndi isə bu suala cavab tapmağa çalışaq: Nə üçün cəmiyyətdə evdarlıqla bağlı xoş olmayan təsəvvürlər yaranıb?

    Hər şeydən qabaq, bu, qloballaşmanın diktə etdiyi modern həyat tərzi və dünyagörüşü ilə əlaqəlidir. Maddi maraqlara (eləcə də dəyərlərə) əsaslanan modern həyat tərzi belə bir təsəvvür yaradıb ki, qadın işləyib pul qazandığı müddətcə dəyərlidir, uşağa baxıb evdarlıq edirsə, deyil! “Pulu olan qadın daha üstündür” düşüncəsi cəmiyyətimizdə özünə yer etməyə başlayıb. Göründüyü kimi, insanın dəyəri maddiyyatın fonunda nəzərdən keçirilir, mənəviyyat qıraqda qalır. Modern cəmiyyətlərdə insanın insanlığı pulla ölçülür, mənəviyyat isə ikinci plana keçir...

    Həmçinin, ailə təsisatının əsaslandığı dəyərlərin formatı dəyişdiyi üçün “evdar qadın” mənfi obraz olaraq təqdim edildi. Modern cəmiyyətlərdə ailələr maddi maraqlar və şəxsi tələblər üzərində qurulduğu üçün ülvi dəyərlər cılızlaşdı. Bu cəmiyyətlərdə ailə dedikdə maddi maraqların üzərində qurulmuş mexaniki birlik başa düşülür... Ailədə hər kəsin öz kisəsi vardır. Kisə fəlsəfəsinin və fərdi maraqların diktəsi ilə ailədə fədakarlıq, şəfqət, sevgi adlanan dəyərlər yoxa çıxdı. Belə bir ailə formatının təsiri nəticəsində qadın ailəsi üçün fədakar olmamaq qərarına gəldi.

    Bizdə, Azərbaycan cəmiyyətində ailələr tarixən mənəvi dəyərlər əsasında yaranan qurumlar olmuşdur. İndi də belədir. Amma yuxarıda göstərdiyimiz hal bəzi ailələrə də sirayət edib. Belə bir vəziyyətdə heç bir qadın, təbii ki, evdar olmaq istəməyəcəkdir. Maddi maraqları güdən qadında analıq hissi mövcud ola bilərmi? O, ailə üçün həyatını fəda edərmi?!

    “Evdar qadın” anlayışının mənfi mənada başa düşülməsinə yad dəyərlərin təsiri çox böyükdür... Güclü mədəniyyətlər başqa mədəniyyətləri öz təsirinə salmaq üçün bir sıra strategiyalar işləyib-hazırlayır. Bu mədəniyyətlərin ideoloqları başqalarını özlərinə oxşatmaq üçün onlardakı bəzi dəyərləri cılız göstərmək siyasəti yürüdürlər, qarşı tərəfdə kiçiklik, naqislik kompleksi yaradırlar... Evdarlıq bizə məxsus dəyərdir... Onu cılızlaşdırmaq lazım idi ki, ailələrimiz sarsılsın. Əslində, bu, “Hollivud” mədəniyyəti” adlandırılan mədəniyyəti dünyaya hakim etmək planıdır. Bu mədəniyyət maddi istehsala və istehlaka əsaslanır, “Bir moda çıxaraq, bütün dünya alsın” – deyən ifrat istehlak fəlsəfəsini özünə şüar bilir. Bunun üçün televiziya (kinolar, kliplər, reklamlar) kara gəlir. Bu qəbil filmlərə, klip və reklamlara baxan insanlarda “klip” və “şou-maqazin” sindromları özünü göstərir. İnsanlar kliplərin qəhrəmanları kimi yaşamaq istəyir, “şou-maqazin” həyat tərzi arzulayırlar. Təbii ki, belə olan halda heç kəs zəhmət çəkmək istəmir, mətbəxdən, ev işlərindən qurtulub həmin “parlaq” həyata atılmaq istəyir. Bir sıra xanımlarda “maneken xəstəlikləri” deyilən şey yaranır. Onlar manekenlər kimi incə, gözəl və “xoşbəxt” olmaq istəyirlər. Halbuki həmin kliplərin qəhrəmanları heç də şəxsi həyatlarında səhnədə göründükləri kimi deyillər...

    Bir sözlə, evdarlığı cılızlaşdırmaq psixoloji təbliğatdır.

    “Evdar qadın sindromu” anlayışının meydana çıxmağında feminizmin böyük “rol”u vardır. Qadınların azad olmağını, işləmələrini istəyən feministlər qadın-kişi münasibətlərini qadın-kişi savaşına çevirmişlər. Onlar elə güman edirlər ki, qadın evdarlığın daşını atıb iş (biznes) həyatına atılarsa, azad olacaqdır. Nəticədə, evdarlıq bir məslək olaraq cılız hala salındı. Təbii ki, buna səbəb mövcud tendensiyalardır: “istehsal etdiyin təqdirdə dəyərə sahibsən; qadın işlədiyi zaman azaddır...” və s. Amma bu qadınların problemlərini həll etmədi: işləyən də qadındır, evə yorğun gəlib ev işlərini görən də qadındır. Bunun nəticəsi ağır oldu: ailədaxili problemlər çoxaldı, ər-arvad münaqişəsi başlandı, uşaqlar diqqətdən, tərbiyədən kənar qaldılar. Bununla da, karyera quran qadınlar ailəni dağıtdılar, uşaqların gələcəyini düşünmədilər... Feminizm qaş düzəldən yerdə vurub göz çıxartdı...

    Bəzən də qadın ona görə evdar olmaq istəmir ki, əri onun zəhmətini qiymətləndirmir, ailədaxili fəaliyyətinə əhəmiyyət vermir. Amma bu əhəmiyyətli çəkiyə sahib amil deyildir...

    Qadın həm təhsil almalı, həm də işləməlidir, amma...

    Bəli, qadın təhsil almalıdır, işləməlidir, amma bu, ailə adlanan yuvanın başında çatlamamalıdır, uşaqların tərbiyəsinə təsir göstərməməlidir; habelə, “işləməyən qadın evdardır və evdar qadın isə dəyərsizdir” yanaşması ilə müşayiət olunmamalıdır.

    Onu da deyək ki, evdar qadın digər karyeralı qadınlardan daha çox işləyir. Deməli, problem işləməkdə deyil. Amma kapitalist və modern düşüncə tərzi bütün əməklərin müqabilində pul tələb edir. Yəni, evdar qadın evdə işləsə də - ərinə qulluq edib, uşaqların tərbiyəsi ilə məşğul olsa da, ona heç kəs bu işin müqabilində pul vermir. Ax kapitalizm! Biz də kapitalizmin bu maddi maraqlar qoxusu verən sualına şərq (həm də islam) mənəviyyatı və insanlıq dəyərlərini ifadə edən cavabı veririk: Qadın evdarlığını özgələri üçünmü edir ki, pul da istəsin?! Ailə qurmaq, övlad yetişdirmək pul müqabilində baş tutan şey deyildir. Amma modernistlər ailəni maddi maraqlar əsasında qurulan institut kimi nəzərdən keçirdikləri üçün modernist təbliğata uyan qadın pul istəməyə başlayır. Odur ki, evdar olmaq, zəhmət çəkmək istəmir. Çünki analığı, fədakarlığı, şəfqəti, ailəcanlılığı əlindən alınıb... Beşik başında gecələri yatmayan ananın əməyi hansı pulla ölçülə bilər axı?!

    Bizi nə narahat edir?

    Onu da deyim ki, bizi qadınların işləməyi narahat etmir; əksinə, bizi o narahat edir ki, evdar qadın anlayışı təhrif edilir, barəsində səhv təsəvvürlər yaradır. Həmçinin bizi qadınlarımızda analıq, şəfqət, fədakarlıq duyğularını yox etməyə yönəlmiş psixoloji-sosial təbliğat və ailəni maddi maraqlara əsaslanan mexaniki qurum kimi nəzərdən keçirmək narahat edir.

    Qeyd edək ki, evdarlıq fədakarlıq sayıldığından indiki dövrdə bəzi ailələrdə qadınlar ona dözə bilmirlər. Uşaqlarını yad əllərə tərbiyəyə verirlər. Bu səbəbdən uşaqlar ana şəfqəti nədir bilmir, psixoloji problemlər yaşayırlar.

    Evdarlıq – ABŞ-da ideal ailə modelinin əsas ünsürü kimi

    Amerika İşaxtarma Statistikası Bürosunun 2010-cu il hesabatında qeyd olunur ki, iş həyatına atılan amerikalı qadınlar sonradan ana olmağa üstünlük verirlər. Hesabatda o da deyilir ki, müəyyən vaxtdan sonra əksəriyyəti savadlı, təhsilli olan qadınlar işdən çıxırlar. Sosioloqlar bunu ailədəki durğunluq dövrü ilə əlaqələndirirlər. Çünki ər işsiz olduqda qadınlar işləməyə məcbur qalır, ər iş tapdıqdan sonra isə onlar da işdən çıxıb ailəsinə baxırlar. Məsələn, keçən ilki hesabatlar göstərir ki, ABŞ-da işə qəbul edilmiş 1.3 milyon nəfərin 149 mini qadınlar olmuşlar. Göründüyü kimi, rəqəmlər arasında böyük fərq vardır.

    İndiki dövrdə amerikalı sosioloqlar ideal ailə modelinin əsas ünsürü kimi evdarlıq anlayışını gündəmə gətirirlər. Artıq ABŞ-da yaxşı başa düşürlər ki, sağlam ailələrin təməlində ananın rolu böyükdür.

    Bəli, evdarlıq şərəfli bir peşədir. Biz bunu qab yumaq, yemək bişirmək kimi başa düşməməliyik. Qadın öz vəzifəsini mənəvi həzz alaraq yerinə yetirməlidir. Uşaqlara baxmaq, ailənin qeydinə qalmaq mənəvi ləzzətdir. Bunun çox vaxt fərqinə varmırıq, amma olmayanda təsirini tez hiss edirik.

    İslam nə deyir?

    Dinimiz də qadına böyük dəyər verir. İslama görə, qadın kişidən ayrı deyildir, əksinə, onu tamamlayandır. Elm öyrənib savad almaq hər iki cinsə vacibdir. Qadınların da cəmiyyətin qurulub mühafizə edilməsində iştirak hüququ vardır. Təbii ki, islam ədəb-ərkanı və əxlaqı çərçivəsində!

    Əlcəzairli alim İbn Badis (1889-1940) qadınların sosial-mədəni fəaliyyətdəki rolunu yüksək qiymətləndirərək deyirdi: “Bu ümmət qadın və kişilərdən ibarət “qanad”lara sahib olmadıqca pərvazlanıb uça bilməyəcəkdir”.

    Misirli alim, mütəfəkkir Məhəmməd Qəzali (1917-1996) yazır:

    “İndiki dövrdə bəzi xəstə təfəkkür sahiblərinin əksəriyyəti bilmir ki, ailənin cəmiyyətdəki rolu nədir? Qadının ailədə oynadığı roldan isə əsla xəbərləri yoxdur. İslamın adından uydurduqları ən böyük şayiə ondan ibarətdir ki, islam qadına həqarətlə baxır, insan olaraq onun haqlarını tanımır. Dünya ictimaiyyətində belə bir yanlış fikir yayğındır ki, islam qadına düşməndir; ona zülm edir, ucalmaq istədiyində tutub ətəyindən dartır...

    Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) ordunun arxasınca gedən, tibbi və digər dinc yardımları göstərən qadınları mükafatlandırmışdı...

    Qadınlar “Əqəbeyi-kübra” və “Ağacaltı” bey`ətlərində Peyğəmbərə sadiqlik andı içmişdilər. Peyğəmbər eşidəndə ki, bəzi qadınlar kafirlərlə savaşmışlar, bərk sevinmişdi...

    Elə isə nə üçün bəzi şeyxlər (alimlər) islamı qadın həbsxanası halına gətirməkdə maraqlıdırlar?

    Hal-hazırda bəziləri istəyirlər ki, İslam ümməti bu ikisindən birini seçsin:

    a) ya qadını dörd divar arasında həbs etsin;

    b) ya da onu küçəyə atsın (yəni küçə qadını halına gətirsin)”.

    Son olaraq demək istəyirik ki, ...

    Son olaraq deyirik: qadınlarımız öz fədakarlıq və şəfqətləri ilə ailələrimizi quran, qayğısına qalan, onu dağılmaqdan qoruyan böyük qüvvədir. Ailəsinə baxıb, övlad yetişdirmək bir qadının fitri və ülvi borcu olduğu kimi, sosial-mədəni fəaliyyət sahələrinin birində çalışmaq da onun təbii haqqıdır. Amma qadını karyera qurmaq təmayülünə aldadıb ailədən, ana olmaqdan, övlad yetişdirməkdən məhrum qoymaq, onun evdarlıq duyğusunu əlindən almaq – bu, qadınlarımıza yönələn təxribatdır, dünyanın qibtə ilə baxdığı Azərbaycan ailəsini məhv etməkdir!
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 636 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru