“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, Ramazan ayının başlanğıcından etibarən İsrailin “Nəqab” həbsxanasında saxlanılan fələstinli məhbuslar bir sıra işgəncələrə məruz qalırlar.
“Nəqab” həbsxanasında saxlanılan Fələstinin HƏMAS hərəkatından olan millət vəkili Hatim Kafiş vəkili ilə görüşündə Ramazan ayından etibarən fələstinli əsirlərə verilən gündəlik yeməyin miqdarı azaldılıb. Habelə millət vəkili axşam yeməyiində oruc tutan əsirlərə yalnız isti su verildiyini, eləcə də mütəmadi şəkildə elektrik enerjisinin kəsildiyini, bunun da soyuducuların və ventilyatorların isti havada işinə mənfi təsir göstərdiyini deyib.
Bu arada Fələstin İnformasiya Agentliyi İordan çayının qərb sahilində 10-dan çox fələstinlinin həbs olunduğu barədə məlumat yayıb. Fələstinlilərin onlara qarşı heç bir ittiham irəli sürülmədən həbsxanaya göndərildikləri də agentliyin xəbərində öz əksini tapıb.