Ana Səhifə » 2012 » İyul » 24 » İslamı qəbul edən rus iş adamı 3 ildə Quranı 6 dəfə oxuyub
İslamı qəbul edən rus iş adamı 3 ildə Quranı 6 dəfə oxuyub
09:21
Andrey (Əhməd) Baranov mədəsini 35 il lüzumsuz qidalarla doldurduğu üçün heyfsilənir.
“Selef.my1.ru" xarici KİV-ə istinadən bildirir ki, üç il əvvəl Türkiyənin Antalya şəhərindəki məscidlərdən birini ziyarət etdikdən sonra müsəlman olan rusiyalı iş adamı Andrey Baranov Quranı 6 dəfə başdan axıradək oxuduğunu bildirib.
Rusiyanın “Mobaly” Turizm Agentliyinin sahibi olan Baranov İslamı qəbul etdikdən sonra adını Əhməd olaraq dəyişdiyini deyib. Müsəlmanlıqdan əvvəl ateist olduğunu deyən Baranov İslamı qəbul etdikdən sonra alkoqollu içkiləri bir daha qəbul etmədiyini bildirib.
“İslamı Ramazan ayında qəbul etdim. Kəlmeyi-şəhadət gətirdikdən 2 gün sonra oruc tutmağa başladım. Əvvəllər həddən artıq alkoqollu içki qəbul edərdim. Müsəlman olduqdan sonra bu pis vərdişimdən də vaz keçdim. İlk dəfə obaşdanlığa qalxarkən Allahdan mənə günün sonunadək ac və susuz qalmağım xüsusunda yardım etməsini istədim. Susuz və ac qalarkən dünyada aclıqdan əziyyət çəkən minlərlə insanı xatırladım. Daha sonra da mədəmi düz 35 il lüzumsuz qidalarla doldurduğuma təəssüfləndim”, - deyə Əhməd Baranov qeyd edib.
İslam dininin əmr və qadağalarını daha yaxşı öyrənmək üçün üç ildə 6 dəfə müqəddəs kitabı oxuduğunu bildirən Baranov Quran oxuduqca cavanlaşdığını hiss etdiyini deyib.