Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 22 » İslamda faizsiz ticarət...
    İslamda faizsiz ticarət...
    12:39
    “Sələm (faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” - dedikləri üzündəndir.

    Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!” (əl-Bəqərə, 275). Göründüyü kimi, Allah təala faizin haram olmasını və faiz yeyənlərin aqibətinin necə olacağını açıq şəkildə bildirir. Ticarətdə faiz sistemi islamdan qabaq da tənqid olunan xüsus idi və o, Quranda mərhələli şəkildə qadağan olunmuşdur. Yunan filosofu Aristotel də ticarəti iflas edən bir vasitə olduğunu bildirərək, faiz sistemini tənqid etmişdi.

    Borc verilən pulun və ya misli ilə dəyişdirilən əşyaların əlavə pulla qaytarılması və ya tələb olunması ticarətdə faizə səbəb olmuşdur ki, Peyğəmbər də (s) faiz yeyənə, yedizdirənə, yazana, şahidlik edənə lənət etmişdir (Bax: Müslim. Müsaqat, 106). İslam dünyasını asılı hala salan, hal-hazırda çox çətinliklə cəngindən qurtara bildiyimiz faizin bəzi insanlara xeyri olsa da dinimizin “ümumi zərərin yanında xüsusi xeyrin ortadan qalxması” prinsipinə əsaslanaraq, bunun bütün müsəlmanlar tərəfindən haram qəbul olunmasının müsəlmanların azad siyasətli və azad fikirli olmalarına zəmin yarada biləcəyini qətiyyətlə deyə bilərik. Bu gün "mərhəmət" və "hörmət" adı altında bizə kredit borcları ayıran Avropa, ABŞ və sair ölkələr ilk görünüşdə dirçəlməmizi istəsələr də arxa planda faiz altında qalaraq maddi asılılığa, sonra mənəvi asılılığa, sonda isə tamamilə düşüncə asılılığına düşməyimizi istəyərək, balaca "xeyirlə" böyük qazanc əldə edirlər.

    Haramlılığı sabit olan faizin iştirakı olmadan hər hansı bir ticarət və ya biznes qurmaq olmazmı? Əgər olarsa, hansı şəkildə olar? Faizsiz bank sistemi vardırmı və ya olması mümkündürmü? Bu gün “faizsiz kredit” deyilən və aldığımız mallar hansı hallarda həqiqətən faizsiz sayılırlar? Hər hansı bir halda faizli ticarət qurmaq və ya faizli işdə işləmək olarmı? kimi suallar ətrafında mövzumuzu quracağıq.

    1. Faizsiz ticarət qurmaq olarmı və bu, necə mümükündür? Əlbəttə ki, Allah təala haram sərhədləri ilə bizi imtahan edərək, sınağa çəkmişdir. Amma O, öz lütfü ilə hər haramı əvəz edən halal da təyin etmişdir. İslam dünyasında "müdarəbə", "müşarəkə", "qərzi-həsən" və s. əsasında qurulması halal olan ticarət növləri vardır. “Mudarəbə” imkanlı müsəlmanın ticarət əlaqələri, təcrübəsi olan, ancaq maliyyə dəstəyinə ehtiyacı olan müsəlmanla qurduğu əməkdaşlıqdır. Yəni, tərəflər razılaşırlar və bir tərəf maliyyə xərclərini boynuna alır, digər tərəf isə ticarətini qurur. “Müşarəkə” isə “müdarəbə”də olduğu kimi, bir neçə müsəlman iş adamı tərəfindən şərikli ticarət sisteminin qurulmasıdır. Tərəflər xərcləri ümumi olaraq təyin edir və biznesin sonunda gəlirləri bərabər olaraq bölüşdürürlər. “Qərzi-həsən” isə Allah razılığı üçün heç bir qarşılıqsız borc verməkdir. Belə borc onu verənə cənnətdə bir çox nemət qazandırar. Əslində müsəlmanlar borcvermə və borcalma mədəniyyətinə malik olsaydılar, faizə də ehtiyac qalmazdı!

    2. Faizsiz bank sistemi vardırmı və olarsa, o, necə fəaliyyət göstərməlidir? Şübhəsiz ki, faizsiz bank sistemi var və o, faiz almadan fəaliyyət göstərir. Bu sistem müəyyən bir layihəyə maliyyə dəstəyi ayırır və qarşı tərəflə həm ziyanda, həm də xeyirdə şərik olur. Yəni, bankdan pul götürən qarşı tərəf – müsəlman əgər layihə sayəsində xeyir qazanarsa, islam bankı şərik kimi gəlirin yarısını bölüşdürür və ya müqabil tərəf iflasa uğrayarsa, ziyanın yarısını ödəyər. Bu, ticarətin ağırlığının bir nəfərin üzərinə düşməsinin qarşısını alır. Bankların maliyyə hesablarına gəlincə, bunun tənzimlənməsini Əbüləla Mövdudi özünün “Problemlər və həllər” adlı əsərində belə izah edir: “İslam ölkəsindəki imkanlı sahibkarlar dövlət banklarına borc pul versə və xüsusi ticarət və ya biznes əlaqələrini qurarkən dövlət onlara həm kömək həm də bəzi imtiyazlar verərsə, bank sisteminin maliyyə hesablarını təmin etmək mümkün olar".

    3. Dövrümüzdə “faizsiz kredit” adı altında aldığımız mallar, həqiqətənmi faizsizdir? Dünya faiz xəstəliyinə tutulduğundan artıq qurduğumuz ticarət əlaqələrinin və aldığımız məhsulların halal və ya haram olduğunu tam müəyyən edə bilmirik. “İmanı qorumaq odu əldə saxlamaq kimi çətin olacaqdır” deyən Peyğəmbərin (s) xəbərdarlığını xatırlamalıyıq. Bu gün müxtəlif reklamlarla satılan məhsulların faizli olub olmadığını, aldığınız ticarət mərkəzi ilə aranızda üçüncü fiziki şəxs yoxdursa, qərar verə bilərsiniz. Bəzi islam fəqihlərinə görə, əgər sahibkar hər hansı məhsulu bir neçə aya və ya müəyyən müddətə satarsa, onu satış qiymətindən artıq qiymətə sata bilər. Yəni, əgər 200 manatlıq bir telefonu bir neçə ay müddətinə satan sahibkar bu telefonu 220 və ya 230 manata sata bilər. Bu cür satış həmin sahibkarın bir neçə ay müddətlik satışda nisyə ticarətdən ziyana düşməməsinin qarşısını alır. Amma bir şeyi dəqiq bilməliyik ki, əgər ticarətimizdə üçüncü tərəf, yəni faizli bank varsa, bu, artıq haramdır. Əgər sizinlə ticarət əlaqəsi quran tacir sizin adınızdan bankla müqavilə bağlayıb sizin ona verəcəyiniz pulu götürərək, bankda sizə hesab açıb sizin banka müəyyən edilmiş (yəni, telefonun qiyməti) məbləğ üzərinə əlavə pul verməyinizə səbəb olarsa, bu, artıq haramdır! Belə satışdan uzaq olmaq lazımdır.

    4. Hər hansı bir halda faizli ticarət qurmaq və ya faizli işdə işləmək olarmı? İslam dini insanların hiss, həyəcan, adət və vərdişlərini nəzərə alaraq, insanlara əmr olunan haramları mərhələli şəkildə bildirmişdir. Bu baxımdan fiqhin "zərurət halında haramlar mubah olur" qaydası insanların da zərurət halında, heç bir digər alternativ olmadığı təqdirdə faizli ticarət qurmasına və faizli işdə işləməsinə icazə verir. Məsələn, iki gənc ailə qurmuşsa və qalacaqları heç bir yer və ya ev alacaq imkanları yoxdursa onlar faizli və ya müəyyən müddətə alma şərti ilə ev ala bilərlər. Ailəsini saxlamaq üçün iş axtaran heç bir yerdə iş tapmayan müsəlman banklarda faizli işə düzələ bilər. Çünki dinimiz insana böyük dəyər verir və insanın dininin, namusunun, malının qoruna bilməsi üçün ilk növbədə canı qorunmalıdır. Amma bu “icazələr” bir məşğuliyyətə çevrilməməli, hər ehtiyac zəruri hesab olunmamalıdır! Uca Allah buyurur: “Ey iman gətirənlər! Sələmi (borc üzərinə qoyduğunuz faizi) qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran, 130).
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 794 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 5
    Qonaqlar: 5
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru