Almaniyanın ən sıx şəhərlərindən biri olan Şimali Ren Vestfaliya parlamenti Sosial Demokratlar Partiyasının 49 yaşlı üzvü Hannelore Kraftın şəhər meri seçilməsinə razılıq verib.
Kraft seçkilərin ikinci turunda kifayət qədər səs toplaya bilib. Vəzifəsini icra etməyə başlayan mer ilk olaraq əyalətdəki mühacirlərin vəziyyətinin yaxşılaşdırlması istiqamətində işlər görəcəyini deyib. O, bu əyalətdə İslamın rəsmi din kimi tanınmasının da planda olduğunu qeyd edib. And içərək vəzifəsinin icrasına başlayan Kraft bildirib ki,: “Əyalətdə təxminən 1milyon 200 min müsəlman yaşayır. Bu insanların cəmiyyətlə sıx əlaqə yaratmaları üçün dövlət və İslam təşkilatlarının sıx əməkdaşlıq etmələri vacibdir”. /haber5/