“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatında aparılan araşdırma nəticəsində İslamın ölkədə ən sürətlə yayılan din olduğu müəyyən edilib.
Araşdırmalar zamanı son 10 ildə San Dieqo şəhərində müsəlmanların sayının 179% artdığı məlum olub. Mövzu ilə bağlı xəbərlərdə 2000-ci ildə 8 minədək müsəlmanın yaşadığı San Dieqo şəhərində hazırda bu rəqəmin 179% artaraq, 22 minə çatdığı bildirilib.
Habelə araşdırmalar zamanı 2000-2010-cu illərdə ABŞ-da bir milyondan çox insanın İslamı dinini qəbul etdiyi müəyyən edilib. Ölkədə müsəlmanların sayının artmasında qeyri-müsəlmanların bu dinə gəlişi ilə yanaşı, müsəlman ailələr arasında doğum səviyyəsinin yüksək olması da qeyd edilir.