Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 1 » Hz. Ömərin Qurani-Kərim oxuyanlara tövsiyəsi (Mütləq oxuyun)
    Hz. Ömərin Qurani-Kərim oxuyanlara tövsiyəsi (Mütləq oxuyun)
    17:13
    “Mərhəmətli və bağışlayan Allahın adı ilə! Allahın qulu Ömərdən, Abdullah ibni Qeysə və onun yanında olan Quran hafizlərinə və həyatlarını bu kitabla səhmana salanlara salam olsun.

    Bu Quran sizlər üçün savab, şərəf və zəngin bir xəzinədir. Ona tabe olun. Əsla onu özünüzə tabe etməyin. Kim Quranı özünə tabe edərsə, o, həmin insanı göydən yerə çırpar. Həmin şəxs cəhənnəm oduna düşər. Hər kim Qurana bağlanarsa, Quran onu Firdous cənnətinə çatdırar. Çalışın ki, Quran hər zaman sizin üçün şəfaətçi olsun, əsla sizin düşməninizə çevrilməsin. Bilin ki, Quranın şəfaət etdiyi şəxs cənnətə, düşmən olduğu kəs isə alova yuvarlanar. Quran hidayət çırağı, elm tumurcuğudur. Allahın qatından gələn kitabların ən təzəsidir. Allah kar qulaqları, kor gözləri, pərdəli qəlbləri onunla açır.
    Bilin ki, bir qul gecə vaxtı qalxıb dişlərini təmizləyib, gözəl bir şəkildə dəstəmaz alsa, daha sonra namaz qılıb, Quran oxumağa başlasa, Allah o insana belə xitab edər: “Oxu! Oxu! Bu tərtəmiz və gül qoxan ağzınla oxu!”.
    Diqqətli olsun! Namaza qalxaraq Quran oxumaq gizli bir xəzinə və ortaya qoyulmuş bir xeyir süfrəsidir. Bacardığınız qədər Quranı namazda oxumağa çalışın. Namaz qaranlığa qalib gələn bir aydınlıq, zəkat yol göstərən bir rəhbər, səbr insana rahatlıqverən bir işıq, oruc qalxan, Quran isə lehinizə və əleyhinizə olan bir dəlildir. Qurana hörmət etdin, ona qarşı etinasız olmayın. Allah Qurana hörmət edən şəxsi şərəfləndirər, hörmətsizlik edəni isə rəzil edər.
    Quranı oxuyub, əzbərləyən, ona əməl edən və mənasını başa düşənin Allah qatında bir duası qəbul olmuş deməkdir. İstədiyi təqdirdə Allah duasının qarşılığını dərhal bu dünyada ona verər, istəməzsə, Allah onu axirət gününə saxlayar. Bunu da bilin ki, iman edənlər və yalnız Allaha güvənənlər üçün Onun qatında olan mükafatlar daha xeyirli və əbədidir”.
    Zəkəriyyə Xandəhləvinin “Səhabə həyatı” kitabından.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 544 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru