“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Yəmənin şimalına nəzarət edən husi qəbilələri ölkədənin Səadə şəhərindəki Quran kurslarından birinə basqın ediblər. Basqın zamanı Qurani-Kərimdən dərs deyən 5 müəllimin həbs edildikləri bildirilir.
Basqını həyata keçirənlər yerli mətbuata müsahibələrində müəllimləri husilərə qarşı əks-təbliğat kampaniyası aparmaqda və Yəmənə xarici müdaxiləyə qarşı başladılan imza toplama kampaniyasına mane olmağa çalışmaqda ittiham ediblər. Husi liderlər müəllimlərdən Quran kursunu yenidən açmayacaqlarına dair söz vermələri tələb edilib.
Bu arada bir qrup yəmənlinin övladlarının təhsil aldığı kursun yenidən açılması və müəllimlərin sərbəst buraxılması məqsədilə kursun qarşısında etiraz aksiyası keçirdikləri bildirilib. Xarici KİV-də dərc olunan xəbərlərdə isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəmən xalqına maddi yardım göstərilməsi məqsədilə kampaniya başlatdığı qeyd olunub.