Ana Səhifə » 2012»İyul»17 » Hollandiya polisinin Ramazan “tədbirləri” müsəlmanları qəzəbləndirib...
Hollandiya polisinin Ramazan “tədbirləri” müsəlmanları qəzəbləndirib...
20:34
Lahey və Utrext polisi mübarək ayda gücləndirilmiş iş rejimində çalışacaq.
“Selef.my1.ru” “Si-En-En”-in Türkiyə xidmətinə istinadən bildirir ki, Hollandiyanın Lehey və Utrext şəhər polis idarələri Ramazan ayında təhlükəsizliklə bağlı xüsusi tədbirlər görüləcəyi açıqlayıb.
Xarici KİV Daxili İşlər Nazirliyinə bağlı qurumların açıqlamalarının ölkədə fəaliyyət göstərən müsəlman təşkilatları tərəfindən təəccüb və təəssüflə qarşılandığını yazıb. Müsəlmanlararası Münasibətlər Təşkilatının rəhbəri Əbubəkir Öztürə bu cür qərarların hansı əsaslara görə qəbul edildiyini başa düşə bilmədiklərini deyib.
Öztürə mətbuatda əks olunan və böyük təşvişə səbəb olan bu cür informasiyaların kütlələr arasındakı gərginliyi daha da artırdığını bildirib. Habelə qurum sədri bu cür xəbərlərin yayılması ilə İslam və müsəlmanların imicinin zədələndiyini qeyd edib.
Ötən il Rotterdam bələdiyyəsinin apardığı araşdırmada gənclərin Ramazan ayında daha az cinayət törətdiklərinin müəyyən edildiyini xatırladan Öztürə bir neçə xoşagəlməz hadisədən dolayı Ramazan ayında cinayətlərin artacağına dair narahatlığın qəbuledilməz olduğunu bildirib.