Hindistanda da Banqladeşli müsəlmanları öldürürlər
16:54
Assam ştatında öldürülən müsəlmanların sayı 40-a çatıb.
“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, iyul ayının 20-dən etibarən Hindistanın Assam ştatında hinduların müsəlmanlara hücumu kəskin xarakter alıb. Belə ki, bodo hindularının müsəlmanlara hücumu nəticəsində 40-dan çox müsəlman həyatını itirib.
Xarici KİV hinduların 4 hindu zəvvarın ölümünə görə banqladeşli müsəlman qaçqınları ittiham edərək, Assam ştatının müxtəlif şəhərlərində müsəlmanlara təzyiqlərini artırdığını yazıb. Xəbərlərdə bir müddət əvvəl tərəflər arasında baş verən toqquşmanın polisin müdaxiləsindən sonra səngidiyi bildirilib.
Tərəflər arasında toqquşmaların şiddətlənməsindən dolayı Assam ştatında qatarların hərəkətinin dayandırılıb. Ştatın dağ rayonlarında bir çox sərnişinin yolda qaldığı və 25 minədək sərnişinin avtomobillərlə evakuasiyasının qeyri-mümkünlüyünə dair xəbərlər yayılıb.
Ştatın polis idarəsindən toqquşmalardan və törədilən yanğınlardan dolayı 150 min insanın evlərini tərk edərək, qaçqınlar üçün salınan düşərgələrə sığındığı bildirilib.