Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)
Nur surəsi 31-ci ayə.
Ayədə bir yox,bir neçə əmr gəlib. Mömin qadınlar,yəni, "mən müsəlmanam" deyən bütün qadınlar : 1.Gözlərini haram buyurulmuş şeylərdən çevirməlidirlər.Yəni,onlara yad olan kişilərə şeytani niyyətlə baxmamalı,göz-qaş etməməlidirlər.Yəni,gözləri ilə özlərini günaha salmamalıdırlar.( Söhbət adi baxmaqdan getmir,şeytani niyyətlə baxmaqdan gedir) 2.Ayıb yerlərini zinadan( qeyri-qanuni cinsi əlaqədən ) qorumalıdırlar. 3.Allahın buyurduqu hisssələri örtməlidirlər. 4.Ayədə adi çəkilən qohumlardan,yaxınlardan başqa heç kimə hicabsız görünməməlidirlər və .s. Ayənin sonunda qabaqkı günahlarına görə tövbə etməklərini və yuxarıdakı şərtləri( və digər əmrlərini)nicat yolu kimi möminlərə göstərir. Hicab haqqında bir digər ayə: Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!
Əhzab surəsi 59-cu ayə. Çox güman ki, şərhə ehtiyac yoxdur inşaAllah. Allahın əmrlərinə tabə olmayanın cəzası varmı?
Hər bir əmri verənin əmrinə tabe olmayanların halının məntiqi nəticəsi budur ki, onlara cəza verilsin.Çünki əmri yerinə yetirənə mükafat,əmrdən çıxana cəza verilməsə əmrin heç bir mənası olmaz.Bu da çox mənasız iş olar.Haşa,Allah mənasız işlər görməkdən uzaqdır. "O qədər hicab taxıb min hoqqadan çıxan var ki" deyənlər üçün:
Düşünün ki, dövlət hərbiçilər üçün hərbi geyim qərar vermiş və ordu generalları bütün orduya əmr etmiş ki, hər kəs hərbi xidmət boyunca hərbi forma geyinməlidir.Amma,hərbi hissələrin birində əsgər hərbi formanı geyinmir.Komandir səbəbini soruşanda "o qədər hərbi forma geyinib min hoqqadan çixan var ki" deyir."ona görə mən əmrə tabe olmuram" deyə mənasız bir bəhanə gətirir.Halbuki,onun borcu başqasına baxıb əmrdən çıxmaq yox,ər verənin əmrinə tabe olmaqdır.Eləcədə müsəlmanların borcu kiməsə baxıb əmrdən çıxmaq yox,Allahın əmrinə tabe olmaqdır." Onlar hərbi forma geyinib min hoqqadan çıxırlar deyə mən də əmrə tabe olmuram" deyən əsgərə də cəza var,həmin min hoqqadan çıxanlara da.Həmçinin hicab geyinib ,hicaba Allahın buyurduğu kimi layiq olmayanlara da cəza var,onların hərəkətini bəhanə gətirib Allahın əmrindən çıxanlara da .
Əsas odur ki...
Bəzilər Allahın hökmü qarşısında ,Allahın əmrləri qarşısında yenə də bəhanələr gətirirlər. Məsələn: Əsas odur ki, ürəyin təmiz olsun! Əsas odur ki, dişlərin təmiz olsun! Əsas odur ki, geyindiyin geyim sənə yaraşsın! Əsas odur ki ... Əsas odur ki... Əsas odur ki... Allahın əmrləri qarşısında "əsasnamələr" qəbul edib o əsasnamələrə görə yaşayanlar Qimayət günü hər kəsin məhşərdə toplanacağı gün,Allahın ədalət məhkəmində nə cavab verəcəklər artıq özləri düşünsünlər.Görəsən , "İlahi, mən sənin əmrlərinə tabe olmadım.Çünki, sənin əmrlərin əsas deyildi ( haşa!!!) Əsas o idi ki, mənim "əsaslarım" əsas idi " deyə biləcəklərmi ? Ümumiyyətlə Allahın sözünün qarşısına söz qoymaq ixtiyari kimə verilmişdir ? Allahın əmrləri qarşısında "əsasnamələr" düzəltmək ixtiyari kimə verilmişdir? "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər)......."
Əl-Əhzab surəsi ,6-cə ayə. BU AYƏNİ DİQQƏTLƏ OXUYUN: Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!
Əl-Əhzab surəsi 36-cı ayə
"Dində məcburiyyət yoxdur" deyənlər üçün: Təbii ki,dində məcburiyyət yoxdur.Ancaq bu "Allah verdiyi əmrlərə tabe olmayan,öz əsasnamələrinə görə yaşayan insanlara cəza verməyəck " anlamına gəlməz. Düşünün ki, iki dost dövlət imtahanlarına girir. İmtahanlarda əsas şərtlər,tələblər,göstərişlər var.Məsələn: Adınızı və soyadınızı yazmağı unutmayın! Bir suala iki cavab vermək olmaz! verəcəyiniz cavabın qarşısındakı xananı tam qaralayın! və.s. Dostlardan biri " bunları yerinə yetirməkdə məcburiyyət yoxdur" deyərək Adını soyadını qeyd eləmir.Bir suala iki cavab birdən yazır.xanaları da tam qaralamır.Təbii ki, onu nə bu hərəkətə,nə də bunun əksini etməyə məcbur edən yox idi. Amma,digər dost bütün tələbləri yerinə yetirir və suallara da biliyindən istifadə edib cavab yazır. Təbii ki, tələbləri yerinə yetirməyib "məcburiyyət yoxdur" deyən insan savadlı olsada Universitetə daxil olma bilməyəcək.Amma, tələbləri yerinə yetirən digər savadlı dost isə Universitetə qəbul olacaq.əgər ikisi arasında heç bir fərq olmasaydı ,o zaman tələblər,göstərişlər mənasız bir iş kimi görünəcəkdi.Eləcə də kimin ürəyi nə qədər təmiz olsa da , Allahın əmrlərini yerinə yetirməyib " məcburiyyət yoxdur" deyənlər "imtahandan kəsiləcək" ( Təmiz qəlb -sahibinin Allah əmrlərini yerinə yetirdiyi qədər təmizdir) Amma, allahın əmrlərini yerinə yetirən isə mükafatlandırılacaq inşaAllah. Çəkdiyimiz misallardan Allah qat-qat ucadır.Sadəcə məsələ aydın olsun deyə misallar çəkdik. BU AYƏLƏRİ DƏ DİQQƏTLƏ OXUYUN!