Gül kimi bir qızıydı, bəzənirdi, gəzirdi, Şəhvət fitnəsi ilə baxanları əzirdi, Qulaqda cingildəyən şərli qəhqəhəsiydi, Zinaya yuvarlayan ədası, qəmzəsiydi. Gül kimi bir qızıydı, “qu” kimi rəqs edərdi, Fikri-zikri başından musiqiylə gedərdi, Geyimdə dəb izləyər, pəhriz olardı dərdi, Dərdi olanın halın heç denən düşünərdi? Gül kimi bir qızıydı, nitqi zəhər saçardı, Qeybət edib hər kəsin eyiblərin açardı, İndi Quran xətm edir, dedi-qodudan bezardı, Görən qoşulmuş kimə, bu nə tövr bir azardı? Gül kimi bir qızıydı, gərəkmi baş bağlamaq, Gen örpəklə örtünüb, gənc yaşda yas saxlamaq, Bayıra çıxdıqda da nə hacət boyanmamaq, Gözəl geyim-keçimlə olar lovğalanmamaq? Gül kimi bir qızıydı, falçıya getmir tamam, Kirlilərdən uzaqdır, həm də yemir heç haram, Deyildir ev dustağı, odur ən azad adam, Tövbeyi-nəsuh ilə təmiz qəlbi oldu ram! Oldu möminə xanım, yönəldi tam islaha, Həya hicabı ilə sədd çəkdi hər tamaha, Daşın, malın, insanın qulu deyildir daha, Çünki, iman gətirdi şəriksiz bir Allaha! Ummu Abdul-Aziz