Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 1 » Göz yaşındakı təbəssüm
    Göz yaşındakı təbəssüm
    17:42
    Nə üçün məhz "Göz yaşındakı təbəssüm”- deyə, sual verə bilərsiniz.
    "Göz yaşının olduğu yerdə qəm, kədər, bədbəxtlik, hüzün var”- deyəcəksiniz
    "Təbəssümü nə üçün başqa yerdə deyil, məhz göz yaşlarından axtarırsan”- deyəcəksiniz.
    Siz heç ağlayarkən güldünüzmü?

    Heç bir səbəb yoxkən, saatlarla ağladınızmı?
    Daha sonra nə üçün ağladığınızı düşünüb, göz yaşlarınızın o dərin sularında bir cənnətin olduğunu gördünüzmü?
    Sizin canınızın sıxıldığı, həyata, insanlara, əşyalara küsdüyünüz və əsəbləşdiyiniz bir gün oldumu?
    Hər şeydən bezib, həyatdan heç bir ləzzət almadığınız anlarla heç qarşılaşmadınızmı?
    Dünyanın sizi əzdiyi, bir küncə çəkilərək saatlarla ağlayaraq göz yaşlarına qərq olduğunuz dəqiqələri yaşamadınızmı?
    Məhz bu göz yaşlarından sonra birdən rahatlayıb, təskinlik tapmadınızmı?
    Dünyaya yenidən gəlibmiş kimi bütün olanları unudub, göz yaşları əvəzinə cöhrənizdə təbəssüm yaranmadımı?
    Sadəcə bir gününüzü insanlara ayırın və ətrafınızdakı insanlara diqqətlə baxın…
    Bu insanların neçəsi həyata təbəssüm edərək baxır?
    Nə qədəri həyatdan zövq alaraq yaşayır?
    Görəsən onlar xoşbəxtdirlərmi?
    Çox təəssüf ki, insanlar bu gün təbəssüm etməyi unudublar. İnsanların əksəriyyəti ən kiçik səhvə görə, bir-birlərinin qəlbini qırmağa hazırdırlar. Qəzəb, kin, nifrət hissləri insanların sahib olduqları dəyərə çevrilib bu günümüzdə. Ancaq bizlər təbəssümün dinimizdə bir sədəqə olduğunu unutmuşuq.
    Digərlərinin acı çəkməsindən zövq alan, sadist bir şəxsiyyətə malik olmayan hər bir insan yaşadığı insanların xoşbəxt olmasını, təbəssüm etməsini istəyər. Yaşdığı insanları xoşbəxt gördüyü zaman özü də sevinər və bundan rahat olar. Yox əgər qarşısındakının bir problemi varsa, həmin insan kədər-qəmə düçar olubsa, onun problemlərini həll etməyi özünə bir borc və vəzifə hesab edər.
    Təbəssüm etmək düşündüyünüz qədər də asan bir şey deyil. Hələ yaşadığımız bu dövürdə. Elm, texnika inkişaf etdikcə, insan övladı təbəssüm etməyi daha çox unudur.
    Avtobusda, qatarda, təyyarədə və küçədə insanları gülər üzlü görmək demək olar ki, mümkün deyil. Çox təəssüf ki, insanlarımız təbəssüm etməyi unudublar.
    Görəsən insan övladı hər istədiyinə, hətta istəmədiyinə belə asan bir şəkildə nail olmasına rəğmən niyə xoşbəxt deyil?
    Ruhumuz bizdən nə istəyir?
    Qazandıqca daha artığını istəyən, hər şeyin ən yaxşısını arzulayan, doymadan ömrünün davam etməsini diləyən, ancaq bu doyumsuz dünyanın nə zaman və harada başa çatacağını belə bilməyən aciz, lakin heç bir şeydən razı qalmayan bu əsrin insanlarını düşdükləri bəladan xilas etməliyik. Müdriklərdən biri belə deyib: "Bu seldən nə qədər kötük xilas edə bilsək, qənimətdir”. Ancaq biz bir deyil, daha çox işlər görməliyik. "Nə edə bilərik?”- deyə, düşünmək əvəzinə, artıq bir yerdən başlamalıyıq.
    Ətrafımızda hər istədiyinin olmasını arzu edən, sonra istədiyi və arzusunda olduğu şeylər reallaşdığı halda yenə də razı qalmayan, "ac” və naşükür insanların olduğunu görürük.
    Heç bir şeydən razı qalmayan, hirs və həsədlə gecə-gündüz vuruşub cibini və qarnını dolduran, ancaq ruhunun arzularına qulaq asmayan, ruhunun səsini eşitməyən, eşidibdə qulaq asmaq istəməyən insanları tanıyırıq.
    Dövrümüzün insanları istədikləri hər şeyə nail ola bilmələrinə rəğmən, mənəvi boşluqlarını doldurmaqdan qaçırlar. Ruhlari izdirab içində qovrularkən, dərin acılar çəkərkən, bu əksikliyi almaq istədiyi ən son model yeni çıxan metallarla doldurmaq istəyir dövrümüzün insanları. Ancaq bir şeyi unudur ki, ruh metalla deyil, məna ilə rahatlıq tapar.
    Bu vəziyyətə düşməyimizin səbəbi nədir?
    Keçmişdə evimizin otaqları geniş idi, otaqlarını genişliyi isə qəlb genişliyi ilə eyni mənaya gəlirdi. Yəni, otaqlar nə qədər geniş idisə, bir o qədər insan bir yerə toplaşmaq imkanı əldə edirdi. Bir yerə yığışan insanlar söhbət edər, bir-birlərinə dərdlərini, ürəklərindəkini açardılar.
    Birdən nə baş verdiyini hiss etmədik. Artıq evlərimizdə insanların yerini rahat mebel dəstləri, vitrinlər, geniş oturacaqlar və başqa ev əşyaları doldurdu. Səbəbini isə evin xanımı belə izah edirdi: "Qonaq gələndə, utanıb, qızarmayaq”.
    Evin xanımı utanmaq istəmirdi, ancaq kimə qarşı? Qonaq kimi görməyə gələcəkdi? Sizi, yoxsa ev əşyalarınızı?
    Bu əşyaların evlərinizə girməsi ilə, geniş otaqlarınız artıq daralmışdı. Hətta bunlar belə kifayət etməmişdi. Televizor, maqnitofon, kompüter, əntiq bəzək əşyaları, xrustallar, vazalar... Evlərimizi artıq bunlar işğal edib.
    Qəribədir elə deyilmi?
    "Toxunma!”
    "Dur!”
    "Əl vurma! Yoxsa sındırarsan. Heç bilirsən onlara nə qədər pul vermişəm”, - deyə analar öz uşaqlarını azarlamağa, onların qəlbini qırmağa başladılar. Evlərimizin içində uşağa oyun oynamaq bir kənara dursun, gəzmək, oturmaq belə qadağan oldu.
    Bəzi uşaqlar valideyinlərinin əşyalara verdikləri qiyməti onlardan əsirgədikləri üçün bir intiqam hissi ilə həyatlarını davam etdirəcəklərdir. Görəsən, dövrümüzün valideyinləri sınan bir bahalı əşya ilə sınan bir uşaq ruhu arasında fərqi başa düşürlərmi?
    Artıq heç bir şey əvvəlki kimi deyil və əvvəlki kimi də olmayacaq. Uşaqlarımıza belə yerin olmadığı XXI əsirdə insanların artıq bir yerə yığışıb, dərdləşmələri də başa çatacaqdı.
    Ən betəri isə odur ki, ailə fərdləri arasında yaxınlıq belə qopub. Ər-arvad belə bir-birlərinə yaddırlar. Uşaqlara əhəmiyyət verilmir bu gün ailələrimizdə. Belə olduğu təqdirdə, uşaqlarımızın tərbiyəçisi funksiyasını televizor öz "öhdəsinə” götürdü. Nəticə isə göz qarşısındadır. Sonda isə kompüter və internet vasitəsi ilə dünyaya açılan əllər. Artıq yaxınlarımızla aramızda mənəvi bağlar deyil, simli bağlar qalıb...
    Gözyaşları ilə gələn təbəssümlər
    Həyatda çətinliklərlə üzləşməyən, gecələrini göz yaşları ilə keçirməyən, birgə olduğu insanlar arasında tənhalıq hiss etməyən, hiss və düşüncələri ilə baş-başa qalmayan daxilən və səmimi təbəssüm edə bilməz. Bu səbəbdən "göz yaşının olduğu yerdə təbəssüm var” - deyə başladıq yazımıza. Unutmayın! Mən, təbəssüm edə bilmək üçün mütləq müsibətlərlə üzləşməliyik demirəm. Ancaq qəm-kədərin olduğu yerdə təbəssüm və ümüdün olduğunu heç bir zaman unutmayın. Hər dərd bir sevincə vəsilədir.
    Siz heç qəmli-kədərli olduğunuz anda sakitlik tapıb təbəssüm etdinizmi?
    Təbii belə deyəcəksiniz: "İnsan eyni anda həm kədərlənib, həm də təbəssüm edə bilərmi?”.
    Bəli, bu mümkündür. Çünki insan zəhmət çəkib bir az düşündüyündə, onu qəmə-kədərə bürüyən şeyin çox bəsit bir səbəb olduğunu, hər bir insanın başına gələcək bir hadisə olduğunu görə bilər. Bu səbəbdən də həqiqi təbəssümü ancaq öz göz yaşlarında boğula bilənlər bacara bilərlər. Göz yaşları ilə cənnət baxçaları yarada bilməyənlər, quru, səmimi olmayan və bəsit təbəssümlə yalnız özlərini aldada bilərlər. O zaman təbəssümümüzə diqqət yetirək!
    P.S. Həyata təbəssüm edərək baxanlara, təbəssümü sədəqə kimi dəyərləndirib onu bütün insanlara paylayanlara, birgə olduğu insanlar arasında tənha qaldığı zaman belə təbəssüm edə bilənlərə, təbəssümü həyat fəlsəfəsi edənlərə, göz yaşlarında təbəssümü qoruyanlara və təbəssümü göz yaşlarında axtaranlara müjdələr olsun!!!
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 608 | Tarix: 23.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru