Sözlərin ən düzü Allahın sözü, Yollardan ən doğru Rəsulun yolu. Düşün, nemətlərdən-qulaq, qəlb, gözü Niyə şükr etmirsən ey Adəm oğlu?! … Allah səni seçib düz yola saldı. Zülmətlər içindən nura çıxardı. İnsanlar içində gəzdin diri tək. Cənnətə girməmiş tezdir sevinmək. … Günahlar üzündən qəlbin qaraldı, Keçən hər bir anın, ömrün azaldı, Günah üzərində olma israrlı. Rəhmət qapısından qalma aralı. … Nemətlər içində olarkən sevin! Müsibət gələndə səbrinlə keçin Bil ki, geci — tezi qəbirdir evin. Sonuncu əməllə diriləcəksən. … Rəbbinə sığın sən şirkdən, nifaqdan! Çalış uzaq ol sən hər cür yasaqdan! Köhnəlir qəlblərdə iman paltar tək Onun saflaşmasın istə Allahdan! … Rəbbinin Kitabın sən, hər gun oxu! Bil ki, bu əməldən qafildir çoxu. Qəlblər rahat olmaz dua, zikrsiz. … İman sabit olmaz dil, qəlb, əməlsiz. Bu dünyanın dərdi gəldi gedərdi, Onunçun çəkdiyin ahlar hədərdi. Rəbbini hamıdan əgər çox sevsən Dünya, Axirətdə xoşbəxt olarsan….