Ana Səhifə » 2012 » Avqust » 12 » Elşad İskəndərov: “Azərbaycanda hər hansı dini ədəbiyyatın yayılması azaddır”
Elşad İskəndərov: “Azərbaycanda hər hansı dini ədəbiyyatın yayılması azaddır”
18:16
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyan edir ki, Azərbaycanda hər hansı dini ədəbiyyatın yayılması azaddır və bu nəşrləri oxumaqda, yaymaqda heç bir problem yoxdur.
"Əsas odur ki, bu ədəbiyyat başqa dinlərə və inanclara, o cümlədən ictimai təhlükəsizliyə zərər gətirməsin", - “Trend”in məlumatına görə, bunu jurnalistlərə Komitə sədri Elşad İskəndərov deyib.
Komitə sədri dini ədəbiyyatın ölkəyə gətirilməsi prosesinin sadələşdirilməsi məsələsinə toxunaraq bildirib ki, bununla bağlı müəyyən təhlil və araşdırma işləri aparılıb.
Onun sözlərinə görə, ölkəyə gətirilən dini ədəbiyyatın istiqamətləri də müəyyənləşdirilib.
İskəndərov ölkəyə müqəddəs kitabların, o cümlədən bu kitabların təsdiq olunmuş tərcumələrinin gətirilməsində heç bir problemin olmayacağını diqqətə çatdırıb.
O, bununla bağlı hazırlanan məktubun yaxın vaxtlarda Dövlət Gömrük Komitəsinə göndəriləcəyini deyib.