Telekanalda yalnız cənazə mövzulu verilişlər nümayiş olunacaq.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, İtaliyada dünyanın ilk cənazə telekanalı efir həyatına başlayıb. Telekanalın ilk verilişlərində dünyanın müxtəlif yerlərindəki cənazə mərasimləri və sözügedən sektordakı yeniliklər təqdim olunacaq.
Telekanal rəhbərliyinin açıqlamasında yaxın gələcəkdə telekanalın ingilis dilində versiyasının da nümayiş olunacağı da bildirilib. İtaliya Cənazə Xidmətləri Federasiyası tərəfindən yaradılan telekanal hələlik “www.funertv.it” internet ünvanından fəaliyyət göstərir.