Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyul » 16 » Bütpərəstlər ölkəsi Nepalda müsəlman olmaq...
    Bütpərəstlər ölkəsi Nepalda müsəlman olmaq...
    12:19
    Bütpərəstlər ölkəsi Nepalda müsəlman olmaq

    Nepalda müsəlman olmaqla cahiliyyət dövrü Məkkəsində müsəlman olmaq arasında, demək olar ki, fərq yoxdur. Belə ki, söhbətləşdiyimiz qadınlardan biri İslam dinini qəbul etdiyini ərindən düz yeddi il gizlətmək məcburiyyətində qaldığını deyib. Habelə orada müsəlman olduğuna görə küçəyə atılan on altı yaşlı yeniyetmə qızın həyat hekayəsini də dinlədik.

    Bir çox müsəlman İslamı qəbul etdiyinə görə valideynləri tərəfindən işgəncəyə məruz qalır, dostları tərəfindən kənarlaşdırılıblar. Ancaq onlar hər cür çətinliyə rəğmən Allahın ipinə möhkəmcə sarılıblar. Belə insanlarla həmsöhbət olmaq bizi İslamın ilk illəri illərini düşünməyə aparır.

    Humanitar yardım fəaliyyəti üçün Banqladeşə və Nepala yollanırıq. İlk dayanacağımız Banqladeşdir. Paytaxt Dəkkədəyik. Şəhərə çatar-çatmaz Arakan qaçqınlarının məskunlaşdığı "Cox`s Bazar”a üz tuturuq. Havanın çox isti olmasını nəzərə alaraq, "Cox`s Bazar”da humanitar yardımları paylamağın kifayət qədər çətin olacağını ehtimal edib yorğunluğu üzərimizdən atmaq üçün elə axşamdan bir qədər dincəlməyə çalışırıq.

    Qaçqın düşərgələrində

    Ertəsi gün sübh tezdən Arakan müsəlmanlarının yaşadığı düşərgələrə yollanırıq. Ziyarət etdiyimiz ilk düşərgə Kutupalonqdur. Altmış min insanın yaşadığı düşərgədə insanların istehlak etdiyi əsas ərzaq məhsulu düyüdür. Myanmar rejiminin təzyiqindən qaçaraq, düşərgəyə sığınan müsəlmanlar burada təsəvvür etdiyimizdən daha ağır şəraitdə yaşamağa məhkumdurlar.

    Düşərgə bir-birinə bitişik, heç bir infrastruktur quruluşu, elektrik enerjisi, suyu olmayan komalardan ibarətdir. Komalara baş çəkərkən ürəyimiz ağrıyır. "Görəsən, belə bir şəraitdə yaşamağa razı olan insanlar ölkələrində hansı təzyiqlərlə üzləşirmişlər?” – deyə düşünürük.

    Kutupalonqdan sonra şəraitinin ağırlığına görə ondan heç də geri qalmayan Leda düşərgəsinə yollanırıq. Burada təxminən 15 min insan məskunlaşıb. Düşərgədə olarkən qəribə bir hadisə ilə rastlaşırıq. Belə ki, pravoslav xristian olduğunu söyləyən bir nəfər bizdən nə üçün düşərgəyə gəldiyimizi, burada nə etdiyimizi soruşur. Humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi Gürcüstandan gəldiyini söyləyən bu şəxs bizdən yardımlarımızı onların vasitəsilə paylamağımızı istəyir. Açıq-aydın missionerlik fəaliyyəti ilə məşğul olan bu şəxsə əhəmiyyət vermir, müsəlmanları isə onun və onun kimilərin missioner fəaliyyəti barədə xəbərdar edirik...

    Məbədlər ölkəsi Nepalda

    Nepalın paytaxtı Katmanduya ayaq basarkən həyəcanlı idim. Burada hansı mühitə düşəcəyimizi təxmin edə bilmirdim. Hava limanında viza almaqla ölkəyə daxil olmaq 15 dəqiqə belə çəkməmişdi.

    Bizi hava limanında qarşılayan Baş katib ustad Fərzan Pakistanda təhsil almış, özünü Nepal müsəlmanlarına xidmətə həsr etmiş insandır. Hava limanından paytaxtdakı İslam Mərkəzinə yollanırıq. Mərkəzə çatdığımız zaman müsəlmanlar süfrə arxasında bir alimin söhbətinə qulaq asırdılar.

    Bir müddət sonra süfrədən qalxaraq, axşam namazını qılmaq üçün məscidə yollanırıq. Ramazanda Nepal müsəlmanlarının iftar açdıqdan sonra dərhal məsciddə axşam namazını qıldıqlarını, daha sonra yeməyə davam etdiklərini öyrənirik. Nepallı müsəlman qardaşlarımız həyəcanla bizə ölkənin ümumi quruluşundan, İslam dini mənsublarının həyat və fəaliyyətindən danışırlar.

    Müsəlmanların 30 milyonluq Nepal əhalisinin 10%-i təşkil etdikləri ehtimal olunur. Əhalinin siyahıya alınması ərəfəsində müsəlmanlar ölkə boyu qapı-qapı dolaşaraq, dindaşlarından prosesdə fəal olmalarını, İslam dininə inandıqlarını və urdu dilində danışdıqlarını bildirmələrini tövsiyə edirdilər.

    Nepalda hakim güc hindular və buddistlərdir. Hindular dünyadakı yeganə hindu krallığında yaşadıqlarını hesab edirlər, ancaq 2008-ci ildə Mao inqilabı ilə bu krallığın hegemonluğuna son qoyulub. Hazırda hakimiyyət maocuların əlindədir.

    Müsəlmanlar ölkədə ən yoxsul təbəqəni təşkil edirlər; tənha və müdafiəsizdirlər. Bir o qədər də təzyiqə məruz qalmasalar belə ən kiçik problemlərini aradan qaldıracaq dayaqları da yoxdur. Söylədiklərinə görə, 2005-ci ildə İraqda 12 nepallı fəhlə öldürüldüyü zaman ölkədə etiraz əlaməti olaraq, bir neçə saat ərzində müsəlmanlara aid iş yerləri və məscidlər yandırılmışdı.

    Müsəlmanlar son dövrlərdə Nepalda İslama böyük meyl olduğunu söylədilər. Elə biz də buna şahid olduq. Yardım fəaliyyəti ilə məşğul olarkən universitet tələbəsi olan iki yeniyetmə qız bizə yaxınlaşaraq, İslam haqda məlumat almaq istədiklərini dedilər. Söhbət əsnasında heç tanımadıqları, yalnız eyni inanc sahibi insanlara yardım üçün kilometrlərlə yol qət etməyimizdən təsirləndiklərini söylədilər.

    Ertəsi gün 30 nəfərlik kiçik təyyarə ilə Biratnaqar şəhərinə uçduq. İki gün qaldığımız Biratnaqarda İnsan Haqq və Hürriyyətləri (İHH) humanitar yardım təşkilatı tərəfindən inşasına başlanılan "Hilal” və "Bilal” məktəbləri, eləcə də məktəblərin yaxınlığında tikintisi davam edən məscid haqda ətraflı məlumat aldıq.

    Biratnaqarı ziyarət etdikdən sonra kəndlərdəki uşaqlarla düyü tarlalarına girdik. Burada şəkil çəkdirmək üçün inanılmaz atmosfer vardı. Yamyaşıl tarlaların ortasında rəngbərəng geyinmiş kənd qadınları, arxa fonda isə Himalay dağları. Uşaqların arxasınca tarlaları başdan-sona gəzdik. Sən demə tarlanın orta hissəsi Hindistan ərazisi imiş. Ancaq orada nə bir əsgər, nə də tellər gördük. Onsuz da iki ölkə bir-birindən pasport göstərməyi belə tələb etmir.

    Nepalda olduğumuz son iki gün daha aktiv keçdi. Bu ölkəyə getməyimizin bir səbəbi də orada yenicə müsəlman olmuş insanlarla görüşmək, təhsil aldıqları məktəblərə baş çəkmək idi. Əməkdaşlıq etdiyimiz təşkilat İslam dinini qəbul edən insanlara bir neçə aylıq din təhsili verir. Təhsil müddətində dinləyicilər qalacaqları yerlə təmin edilir, bütün ehtiyacları qarşılanır. Təhsil mərkəzinin bütün xərclərini isə İHH təşkilatı ödəyir.

    Mərkəzi ziyarət edərkən İslamı yenicə qəbul etmiş qardaşlarımızla tanış olduq, bir-birindən müxtəlif həyat hekayələrini dinlədik. Burada xüsusilə gənc nəsil arasında İslama böyük maraq olduğunu müşahidə etdik. Təhsil mərkəzində yenicə müsəlman olmuş 17 yaşlı nepallı İslamı qəbul etməsinin səbəbini belə izah etdi: "Əvvəlki inancımda müqəddəsləşdirdiyimiz şeylər də daxil olmaqla 35 milyon element var. Mən bunu çox məntiqsiz hesab edirəm. Atalarımızın etdiklərini təkrarlamaqdan savayı bir iş görmürdük. İslamdakı təkallahlıq inancı mənə təsir göstərdi”. İslamı qəbul edən başqa bir qadın bu dinin qadına verdiyi dəyərdən təsirləndiyini, müsəlman olmasında bu amilin həlledici rol oynadığını ifadə etdi.

    Məbədlər və bütlər ölkəsi Nepalda müsəlman olmaq cahiliyyət Məkkəsində müsəlman olmağa çox oxşayır. Burada hər müsəlman bir İbrahim, hər yeni müsəlman bir bütün dağıdılması deməkdir.

    Nepalın tarixi və turistik məkanlarından dolayı ölkəyə çoxlu turist axını var. Ölkənin mühüm turist mərkəzlərindən biri olmasının səbəblərindən biri Everest zirvəsinin Nepal ərazisində olmasıdır. Turizm hər kəs üçün əhəmiyyətli dolanışıq yeridir. Deyilənlərə görə, 1990-cı illərdə ölkədə məbədlərin sayı evlərin sayını üstələyirdi. Burada hər yerdə məbəd və ya ibadət məkanına çevrilmiş klublar görmək mümkündür. Məsələn, buddistlər bir elektrik dirəyinin altına tanrı heykəli qoyaraq, ona ibadət edə bilirlər. Klubun içərisində bir itin yatması və tanrı heykəlinin üzərinə batırması isə veclərinə deyil.

    Buddislər öz tanrılarını əlləri ilə düzəldir, onlara tapır, sonra onları satmaqla məbədlərə turist cəlb edirlər. Nepalda sanki hər şeyə bir müqəddəslik donu geyindiriblər. Məsələn, burada ağ inək müqəddəs sayılır. Ağ inəyin nə üçün müqəddəs sayıldığına dair bir çox rəvayət uydurulur. Əgər avtomobilinizlə gedərkən qarşınıza ağ inək çıxarsa, maşından düşərək, ona toxuna bilməzsiniz. Siqnal verib inəyin insafa gələrək, yoldan çəkilməsini gözləməlisiniz. Bəzən inəkkəsmə 15 ilədək həbslə nəticələnə bilir. Ancaq çətinə düşdükdə "müqəddəs” inəklərini dağətəyi bölgələrdə yaşayan müsəlmanlara – özü də müsəlmanların bu inəkləri kəsəcəyini bilərək - gizlicə satan buddistlərin sayı heç də az deyil…

    Kasta sistemi Nepalda Hindistandan belə daha qatı şəkildə tətbiq edilir. Maocuların iqtidara gəlməsi ilə bu məsələdə müəyyən yumşalma baş verib. Nepalda ölülərin yandırılaraq küllərinin atıldığı müqəddəs çaya da getdik, ölü yandırma prosesinə şahid olduq. Orada ölünün yandırılması və külünün çaya atılması belə kasta sisteminə tabedir. Varlılar bir yerdə, orta təbəqə başqa bir yerdə yandırılır. Pulu olmayanların ölüləri isə yandırmaq belə mümkün deyil.

    Nepalda vərdiş etdiyimizdən daha fərqli bir həyat tərzi hakimdir. Ancaq yadırğadığımız hər şeyə rəğmən Nepalın insanı özünə çəkən bir yönü olduğu da şübhəsizdir…
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 669 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2012  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru