Dünyanın bir çox ölkəsində Fələstinin azadlığa qovuşması tələbi ilə aksiyalar keçirilir.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, bugün dünyanın bir çox ölkəsində Ümumdünya Qüds Günü qeyd olunur. Başda Türkiyə və İran olmaqla bir çox islam ölkəsində keçirilən aksiyalarda və tədbirlərdə Fələstinin müstəqilliyini əldə etməsi və İsrail işğalından azad olması üçün dualar edilir.
Ümumdünya Qüds Günü münasibətilə islam aləminə müraciət edən Fələstinin Baş naziri İsmayıl Həniyyə bu tədbirin islam və ərəb ümmətinin Fələstinə və Əqsa məscidinə beyət günü olduğunu deyib. Həniyyə dünya müsəlmanlarını ölkələrində keçirilən sözügedən mövzulu aksiyalarda fəal olmağa çağırıb.
Məlumat üçün deyək ki, İran İslam Respublikasının qurucusu İmam Xomeyni 1979-cu ildə islam inqilabından bir müddət sonra Ramazan ayının sonuncü cümə gününü Ümumdünya Qüds Günü elan etmişdi.