Ana Səhifə » 2012 » İyul » 22 » Bu ölkədə ilk dəfə oruc tutanlara Qurani-Kərim hədiyyə ediləcək
Bu ölkədə ilk dəfə oruc tutanlara Qurani-Kərim hədiyyə ediləcək
14:53
Ölkədə dövlət səviyyəsində kütləvi şəkildə oruc tutmağa dəvət aksiyası keçirilir.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Qazaxıstanda ömründə ilk dəfə oruc tutanlara Qurani-Kərim hədiyyə edilir. Qazaxıstan Müsəlmanları Din İşlər Nazirliyi Ramazan ayının gəlişi münasibətilə ölkədə yeni dəvət aksiyasına start verib.
Alma-ata şəhəri mərkəzi məscidi tərəfindən həyata keçirilən kampaniya çərçivəsində ölkədə ilk dəfə oruc tutan şəxslərə İslam dininin müqəddəs kitabı hədiyyə olunur. Qazaxıstan mətbuatı kampaniyanın mübarək ay başa çatanadək davam edəcəyini, hədiyyəsini almaq istəyən şəxslərin məscidə müraciət etməli olduqlarını yazıb.
Müqəddəs kitabı ərəb dilində oxuya bilməyənlərə isə Quranın qazax dilinə transkripsiyası və tərcüməsi də verilir.