Ana Səhifə » 2012»İyul»17 » BMT Myanmarda müsəlman qətliamını “narahatlıqla izləyir”...
BMT Myanmarda müsəlman qətliamını “narahatlıqla izləyir”...
20:30
Myanmar müsəlman qətliamını araşdırmaq istəyən BMT əməkdaşlarını həbs edib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, BMT-nin Baş katibinin mətbuat xidmətinin katibi Martin Nesirki Myanmarda müsəlmanlara qarşı zorakılıq hallarını narahatlıqla izlədiklərini deyib. Nesirki ölkədə müsəlmanlara qarşı zorakılığı araşdırmaq üçün Myanmara yollanan qurum əməkdaşlarının həbs edildiyinə dair xəbərləri təsdiq edib.
Myanmarın qərbində Arakan əyalətindəki Rohinya müsəlmanlarına qarşı törədilən qətliamla bağlı müxtəlif rəqəmlərin irəli sürüldüyünü bildirən BMT nümayəndələri konkret rəqəm verməyə çətinlik çəkdiklərini bildiriblər.
Qurum əməkdaşları Myanmarda öldürülən müsəlmanların sayının nə hökumət rəsmilərinin bildirdiyi qədər az, nə də hüquq müdafiəçilərinin irəli sürdüyü qədər çox olmadığını qeyd ediblər. Bu arada Türkiyə İnsan Haqq və Hürriyyətləri Təşkilatının (İHH) Myanmardakı nümayəndəsi Səid Dəmir ölkədən qaçaraq, Banqladeşə sığınmaq istədiklərini, lakin ölkə rəsmilərinin siyasi vəziyyəti və maddi imkan çatışmazlığından dolayı müsəlman qaçqınları qəbul etmədiyini bildirib.
Dəmir Myanmarda baş verən hadisələrin birbaşa İslama və müsəlmanlara qarşı törədilmiş zorakılıq olduğunu vurğulayıb..