Ana Səhifə » 2012»İyul»22 » Beynəlxalq Amnistiya Təşkilatı: “Myanmarda müsəlmanlar hədəfə alınır”
Beynəlxalq Amnistiya Təşkilatı: “Myanmarda müsəlmanlar hədəfə alınır”
14:58
Təşkilat ölkədə toqquşma deyil, müsəlman qətliamı törədildiyini bəyan edib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Beynəlxalq Amnistiya Təşkilatı (BAT) Myanmar hökumətinin ölkədə iki sosial qrup arasındakı toqquşma kimi qələmə verdiyi hadisələrin əsas qurbanlarının Rohinya müsəlmanları olduğunu açıqlayıb.
BAT-ın açıqlamasında Myanmarın Arakan bölgəsində yaşayan müsəlmanların radikal buddistlər və təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirildiyini bəyan edib. Açıqlamada ölkədə zorakılığa məruz qalanların müsəlmanlar olduğu halda polisin islam dini mənsublarının kütləvi həbsini davam etdirdiyi qeyd edilib.
Ölkədə 6 həftədir ki, fövqəladə hal elan edilməsinə rəğmən Rohinya müsəlmanlarına qarşı ictimai zorakılığın davam etdiyi bildirilərək, müsəlmanlara qarşı hücumların Arakan vilayətinin bütün rayonlarını bürüdüyü vurğulanıb. BAT rəsmiləri Myanmarda öldürülən və təcavüzə məruz qalan insanların sayının hələlik dəqiqləşdirilmədiyini bildiriblər.
BAT-ın Asiya ölkələrindən məsul nümayəndəsi Benyamin Zavaki birtərəfli zorakılıq aktlarında hədəfin Arakan müsəlmanları olduğunu deyib. BAT rəsmisi yerli təhlükəsizlik qüvvələrinin buddist qətliamlarına göz yumduğunu da müsahibəsində qeyd edib.