Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 26 » Baş örtülü atlet yeni rekorda imza atıb...
    Baş örtülü atlet yeni rekorda imza atıb...
    10:06
    ABŞ ictimaiyyəti və mətbuatından böyük dəstək alan lisey şagirdi Cyuaşanna Kelli yarışda başı, qolları və ayaqları örtən xüsusi paltarı ilə iştirak edib.

    Keçən həftə ABŞ -dakı atletizm müsabiqəsindən yarışda geyməyi planlaşdırdığı paltarın baş örtülülü olmasına görə kənarlaşdırılan liseyli müsəlman qız müstəqillik mübarizəsini qazanıb.

    Yarışdan kənarlaşdırılması barədə çıxarılan qərara etiraz edərək yarışlara təkrar qatılma razılığı alan C. Kelli çərşənbə günü yarış zolağına geri dönüb. 300, 500 və 3200 metr məsafəyə qaçışda mübarizə aparan Kelli özünə aid olan üç rekordu təzələyərək qeyd olunan məsafələr üzrə ilk sıranı heç kimə verməyib. ABŞ ictimaiyyəti də Teodor Ruzvelt liseyində təhsil alan gənc atletə böyük dəstək verib. Məlumat üçün bildirək ki, şənbə günü Kellini yarışdan diskvalifikasiya edənlər ictimaiyyətin ayrı-seçkilik ittihamlarına tuş gəliblər. Ölkənin hər tərəfindən gənc qızı dəstəkləyənlər Kellinin elektron ünvanına göndərdikləri məktublarla ona dəstək nümayiş etdiriblər. Kellinin müsabiqədə iştirak etmə haqqı olduğunu vurğulayan mətbuat orqanları qadağaya öz etirazlarını bildiriblər. Qeyd edək ki, klubun məşqçisi, prezidenti və lisey müdirləri də gənc istedada sahib çıxıblar. Buna görə qərarı yenidən nəzərdən keçirən regional atletizm rəsmiləri Kellinin çərşənbə günü keçiriləcək yarışlarda baş örtülü formada iştirakına icazə veriblər.

    Keçirilən müsabiqələrdə 300, 500 və 3200 metrdə özünə aid olan üç rekordu təzələyən Kelli müsabiqədən sonra Vaşinqton Post qəzetində dərc edilən müsahibəsində son bir həftə ərzində istər mətbuatda istərsə də ictimai müstəvidə gedən müzakirələrin də təsiri ilə yarış zolağına çıxdığını deyib. Kelli: “Bütün bu yayımlar və diskussiyalar mənə yaxşı çıxış etməyim üçün stimul verdi” - deyə bildirib. Qeyd edək ki, Kelli çərşənbə günü keçirilən müsabiqələrə stresli vəziyyətdə çıxıb.

    Rəsmilərin idman formasını dəyişdirmələrindən ehtiyat edən gənc qız keçən həftə özü yarışda geymədiyi uzun qollu ağ rəngli kip paltarı da özü ilə götürüb. Ancaq rəsmilər onun formasının məktəbin rənglərinə uyğun olduğunu, əynini dəyişdirməsinə ehtiyac olmadığını bildiriblər. Atletizmdən məsul Tom Rocers məsələyə münasibət bildirərkən Kelliyə qarşı ayrı-seçkilik edildiyi ittihamlarını rədd edib. Rocers: “Hər idman növünün özünəməxsus geyim forması var. Bu tətbiqatın dini ayrı-seçkiliklə heç bir əlaqəsi yoxdur. Tələbənin forması yarış qaydalarına müvafiqdirsə, baş örtüsünü çıxarmadan iştirak edə biləcək müxtəlif cür formanı seçməkdə sərbəstdir. Bu məsələr Kellinin nəzərinə çatdırılıb” deyib.

    Atletizm üzrə bölgə rəsmisi Allen Çin də C. Kellinin yarışlarda iştirakına formasında sadə rənglər olduğu və qaydalara uyğun olduğu üçün icazə verildiyini qeyd edib. Baş məşqçi Marvin Parket isə: “Forma heç kimə bir üstünlük vermir. Heç kimin Kellinin qaçışı ilə bağlı bir problem meydana gətirməsinə ehtiyac yoxdur” deyə bildirib.

    Teodor Ruzvelt liseyində təhsil alan C. Kelli bu qış bölgəsində qız atletlerin iştirak etdiyi bütün atletizm yarışlısının ən sürətli yarış iştirakçısıdır. Gənc Kelli son üç ildir ki, eyni forma ilə yarışlarda iştirak etdiyini qeyd edərək şənbə günü yarışda iştirakına icazə verilməməsinin ona qarşı haqsızlıq olduğunu deyib. Kelli yarışda geyindiyi paltar haqqında suala cavabında: “Bu xüsusi paltar deyil və çıxışıma qətiyyən təsir göstərmir. İştirak etdiyim hər müsabiqədən əvvəl paltarım haqda mənə suallar verilir. Şənbə günü də nə üçün bu paltarı geyindiyimlə maraqlandılar. Mən də müsəlman olduğumu dedim” deyib. Rocers yarışdan əvvəl diskvalifikasiya edildiyini ona bildirərkən Kelli düzü üstə çökərək ağlamağa başlamışdı.

    Bütün yarışların ən sürətli atleti: Kelli inandığı dinin qaydalarına riayət edərək yaşamağa çalışan müsəlman bir tələbədir. Son üç ildə T. Ruzvelt liseyinin komandasının tərkibində bütün ölkədaxili yarışlarda baş örtüyü ilə iştirak edib. Yarışlarda geyindiyi paltar tək parçadan ibarətdir. Mavi və narıncı rəngdə olan kip paltar başını, qollarını, bədənini və ayaqlarını örtür. Bunun üzərindən isə rəfiqələri kimi eyni rəngdə narıncı və qoluqısa mavi köynək geyinir. Bu paltar atletizm yarışmasında iştirakı təmin etməklə yanaşı inancı ilə heç bir ziddiyyət də təşkil etmir. Məlumat üçün bildirək ki, Kelli 1600 metri 5:17:49 saniyəyə, 3200 metri isə 12:00:81 saniyəyə qət etməyə nail olmuşdur. Bölgənin ən sürətlisi olan Kelli 2007 –ci ildə qızlar arasında Qeytreyd birincisi seçilib. Məlumat üçün bildirək ki, Kelli Nyu-Yorkda 8-9 fevralda keçirilməsi nəzərdə tutulan atletizm müsabiqəsində də iştirak etmək hüququnu əldə edib.
    Bölmə: Dünya Xəbərləri | Əlavə etdi: Terane | Baxılıb: 619 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 23
    Qonaqlar: 23
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru