ABŞ prezidenti dünya müsəlmanlarına təbrik mesajında builki Ramazanın xüsusi əhəmiyyət kəsb etdiyini deyib.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Birləşmiş Ştatlar prezidenti Barak Obama ölkə müsəlmanlarına Ramazan ayının gəlişi münasibətilə təbrik mesajı ünvanlayıb. Mesajda dövlətin ibadətlərini sərbəst şəkildə yerinə yetirmək istəyən insanların yanında olduğu vurğulanıb.
Yaxın Şərq və Şimali Afrika xalqlarının demokratiyaya keçid və öz müqəddəratlarını təyin etmələri baxımından builki Ramazanın xüsusi məna kəsb etdiyini qeyd edən ABŞ prezidenti dünya müsəlmanlarını özü və xanımı Mişel Obamanın adından təbrik edib.
Təbrik mesajında Amerikanın öz müqəddəratını təyin etməyə çalışan, qorxu və zorakılıqdan uzaqlaşaraq yaşamaq və ibadət etmək istəyən insanların yanında olduğu bildirilib. Habelə mesajda hər il olduğu kimi bu il də Ağ Evdə iftar süfrəsinin açılacağı qeyd edilib.