1- İslami əhkamlara laqeyd yanaşma! 2- Dində olmayan hər cür bidətdən çəkin, bunları ortaya da çıxarma. Bütün bidətlərdən uzaq ol və bunları təşviq etmə. 3- Namazdan heç vaxt imtina etmə. Yuxuya gedib namazı unutma. Namazı daim vaxtında qıl. Buna çox həssaslıq göstər! 4- Heç vaxt açıq-saçıq geyinmə və bədəninin örtülməsinə çox diqqət et! Ayələrin mənasından başqa açıq mənalara meyl etmə! 5- Bəzi insanların ailənə mənfi təsir edəcək sözlərinə fikir vermə. Allahdan daim ailən üçün dua etməyi yaddan çıxarma və ailədə din mövzusunda həyat yoldaşına kömək et.
6- Evinin və həyat yoldaşının məhrəm cəhətlərini ifşa etmə, açıb demə, həyatın çətinliklərinə qarşı səbrli ol. 7- Allah yolunda səbr etməyi özün üçün bir vərdişə çevir. Unutma ki, Allah yolunda etdiyin heç bir əməl mükafatsız olmayacaq! 8- Dinə əməl edən qadınlardan köməyə ehtiyacı olanlara yardım et. 9- Qeybət və dedi-qodu etmə, söz gəzdirmə! 10- İstər qərbli olsun, istərsə də yerli olsun, heç bir kafiri təqlid etmə, onlara qarşı sevgi bəsləmə, onlara heyran olma! 11- Xüsusilə din biliyini artırmağa çalış. 12- Fitnə-fəsadı göz önünə alaraq lüzumsuz olaraq küçəyə çıxmamağa çalış, Rəbbindən səbr və dözümlülük dilə. 13- Axirət hayatını heç vaxt yaddan çıxarma! 14- Allaha və Rəsuluna (sallAllahu aleyhi və səlləm) qarşı üsyana çağırmasalar, həyat yoldaşına, ailənə, ana və atana qarşı çıxma! 15- Moda jurnallarından və musiqidən uzaq ol! Quran oxumağa, öyrənməyə və əgər bilirsənsə, öyrətməyə çalış. 16- İstər telefonla olsun, istərsə də başqa bir yolla olsun naməhrəmlə danışmaqdan uzaq ol. 17- Allaha həqiqi şəkildə iman gətir və imanın əsaslarına bağlı ol. 18- Namazına, zinət əşyalarının zəkatına, oruc və həccə laqeyd yanaşma! 19- Allahın dininə bağlı olan qadınlarla yaxınlıq et! 20- Allaha hər zaman dua edib Ona üz tutmağa, Ondan bağışlanma diləməyə və axirət üçün hazırlıq etməyə də əsla etinasızlıq göstərmə! əz-Zubeyr