Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19925 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14157 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9947 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyul » 25 » Azərbaycanda "Halal" standartları təsdiq edilib
    Azərbaycanda "Halal" standartları təsdiq edilib
    09:01
    Azərbaycanda "Halal" standartları təsdiq edilib.

    Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər", AZS 386-2012 (CAC/GL 24-2012) "Halal" termininin istifadəsi üzrə ümumi qaydalar" və AZS 731-2012 (OİC/SMİİC1:2011) "Halal" qida. Ümumi tələblər" dövlət standartlarını təsdiq edib.

    Komitənin mətbuat xidmətindən bazar ertəsi “Trend”ə verilən məlumata görə, standartlar 1 avqust 2012-ci il tarixindən Azərbaycan Respublikasında tətbiq ediləcək.

    AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər" dövlət standartı "Halal" markası ilə satışa buraxılan ət məhsullarına şamil edilir və bu məhsulların istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələbləri müəyyən edir. Standarta əsasən "halal" ət məhsullarının istehsalı məhsulun keyfiyyəti və təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tələbləri əsasında təşkil edilməli, hazır məhsulun keyfiyyət və təhlükəsizlik göstəriciləri qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olmalıdır. "Halal" ət məhsullarının istehsal proseslərində bu məhsulların istehsal xüsusiyyətlərini bilən və onlara ciddi riayət edən, xüsusi təlim keçmiş işçilər işləməlidir. Standarta əsasən kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır. Heyvanların əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi məsləhət görülmür. Müstəsna hallarda sakitləşdirici elektrik cərəyanı tətbiq etməyə yol verilir. Elektrik cərəyanının gərginliyi, gücü və təsir vaxtı heyvanın növünə əsasən texnoloji sənəddə göstərilməlidir. Hər bir heyvanı kəsməyə "Bismillah, Allahu Əkbər!" deməklə başlamaq lazımdır. Standarta əsasən "halal" heyvanların kəsilməsində "haram" sayılan heyvanların keyləşdirilməsi və kəsilməsi üçün işlədilmiş alətlərdən istifadə etməyə icazə verilmir. Həmçinin standartda istehsal sahələrinə və proseslərinə, qablaşdırma və markalanmaya, məhsulun daşınması, saxlanması və satışına olan tələblər də göstərilib.

    AZS 386-2012 (CAC/GL 24-2012) "Halal" termininin istifadəsi üzrə ümumi qaydalar" dövlət standartı yeyinti məhsullarının markalanması zamanı məhsulun "halal" prinsiplərinə əsasən hazırlandığı haqqında məlumatın qəbul edilməsi üzrə tələbləri müəyyən edir. Həmçinin standart məhsulun xüsusiyyətləri haqqında məlumatlarda "halal" termininin və ona ekvivalent olan digər terminlərin istifadəsinə şamil edilir və bu terminin əmtəə nişanlarında, firma və kommersiya markalarında istifadəsini müəyyən edir. Standarta əsasən məhsulun "halal" olması haqqında məlumatdan markalanmada elə istifadə edilməlidir ki, digər analoji yeyinti məhsulunun təhlükəsizliyi ilə əlaqədar şübhə əmələ gəlməsin və "halal" yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaranmasın.

    AZS 731-2012 (OİC/SMİİC1:2011) "Halal" qida. Ümumi tələblər" dövlət standartı İslam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib-boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət ediməsi vacib olan ümumi qaydaları əhatə edir. Standartda heyvanın kəsilmə qaydaları, kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər, qəssaba olan tələblər, kəsimdə istifadə olunan vasitələr, sallaqxanalara olan tələblər, kəsimdən əvvəl heyvana sağlamlıq baxışı, heyvanın təmizlənməsi və yuyulması, kəsim prosesi və s. ilə bağlı tələblər göstərilib.

    Hər üç standartın tələbləri məcburidir. Standartlar Azərbaycan Standartları İnstitutu tərəfindən hazırlanıb.
    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Terane | Baxılıb: 996 | Tarix: 03.12.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2012  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 5
    Qonaqlar: 5
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru