Ana Səhifə » 2012»İyul»11 » Ayasofiyanı bizə verdikdən sonra Afinada məscid tikə bilərsiniz...
Ayasofiyanı bizə verdikdən sonra Afinada məscid tikə bilərsiniz...
22:25
Selaniki metropoliti Afinada məscid inşası ilə bağlı şərtlərini irəli sürüb.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Yunanıstanın Selaniki şəhərinin metropoliti Antimos paytaxt Afina və ya Selaniki şəhərlərində məscid inşa edilməsi müqabilidə Ayasofiyada ayin keçirmək istədiklərini bildirib.
Yunanıstanın iki böyük şəhərində məscid inşa edilməsinə qətiyyətlə qarşı çıxan, radikal görüşləri ilə tanınan Antimos Türkiyə hökumətinin ölkədə Heybəli Ruhani məktəbinin açılmasına və İstanbulu ziyarət edən xristianların Ayasofiyada ildə 2-3 dəfə ayin keçirməsinə icazə verəcəyi təqdirdə yunanların məscid inşasına etiraz etməyəcəyini bildirib.
Habelə Antimos Türkiyədə Yunanıstanda məscid inşa edilməsini istəyənlərin sayının çox olduğundan dolayı dəhşətə gəldiklərini deyib. Xarici KİV Selaniki şəhərində məscid inşa edəcəyini vəd edən bələdiyyə sədri Yanis Boutarisin qarşısındakı ən böyük maneənin Antomis olduğunu yazıb.
Xatırladaq ki, Yunanıstan paytaxtına məscid inşası məsələsini sonuncu dəfə Türkiyənin Din İşləri naziri Mehmed Görməz gündəmə gətirmişdi.