Ana Səhifə » 2012»İyul»1 » Avstriyada İslamın rəsmən tanınmasının 100-cü ildönümü qeyd edilib...
Avstriyada İslamın rəsmən tanınmasının 100-cü ildönümü qeyd edilib...
13:44
Tədbirdə Avstriya prezidenti və Türkiyənin Din İşləri naziri çıxış edib.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Avstriyada İslamın ölkənin rəsmi dini kimi tanınmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Türkiyənin Din İşləri naziri Mehmed Görməz bir çox demokratik dövlətin ölkələrində yaşayan müsəlmanların varlığını belə tanımağa tərəddüd etdiyi bir dövrdə Avstriyanın İslamı tanımasının 100-cü ildönümünün qeyd edilməsinin əlamətdar hadisə olduğunu deyib.
Görməz çıxışında Avstriya hökumətinin 100 il əvvəl müsəlman icmasının mövcudluğunu qəbul edərək, onların cəmiyyətin fəal üzvləri olmasına dəstək verməklə yanaşı, islam teologiyasının ölkənin akademik sisteminə inteqrasiya edilərək, bu dinə dair sağlam və hərtərəfli məlumat əldə etməyə imkan verdiyini vurğulayıb.
Nazir 100 il əvvəl qeyri-müsəlman ölkəsi olan Avstriya-Macarıstan imperiyasının İslamı rəsmi şəkildə tanımaqla müasir Avropa dəyərlərini zənginləşdirdiyini deyib. Görməz son dövrlərdə Avropada getdikcə artan əcnəbi düşmənliyinin, ayrı-seçkiliyin və İslam barəsində əks-təbliğatın təəssüf doğurduğunu bildirib.
Məlumat üçün deyək ki, tədbirdə Avstriya prezidenti Haynz Fişer də iştirak edib.