Almaniya hökuməti “sünnət böhranı”nda geri addım atır.
“Selef.my1.ru” Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, Almaniyada müsəlmanların və yəhudilərin etirazına səbəb olan sünnət qadağası ətrafında yaranan qalmaqala hökumət müdaxilə edib.
Köln şəhər məhkəməsinin sünnəti “qəsdən xəsarət yetirmə” cinayəti qəbul etməsindən sonra baş verən mübahisələrin qızışmasından sonra hökumət nümayəndəsi Şteffen Seybert sünnətin hüquqi baxımdan sərbəst qalması üçün qanuna müvafiq dəyişikliklərin ediləcəyini deyib.
Məsələnin həllinin vacibliyini qeyd edən Seybert ölkədə məsuliyyətlə yerinə yetirilən sünnətə görə heç kimin məsuliyyətə cəlb olunmamasının gərəkdiyini ifadə edib. Hökumət rəsmisi ölkədə yaşayan müsəlmanların və yəhudilərin dini ənənələrini davam etdirmək istədiklərini də açıqlamasında vurğulayıb.
Bu arada Almaniya Yaşıllar Partiyasının Federal Məclis qrupunun sədri Renat Künast partiyasının dini səbəblərə söykənən sünnətə icazə verilməsini nəzərdə tutan qanun layihəsi hazırladığını deyib.