Ana Səhifə » 2012»İyul»14 » Amerikalı konqresmen: “Təhsilimizin bünövrəsi Quran olsun”
Amerikalı konqresmen: “Təhsilimizin bünövrəsi Quran olsun”
10:46
Demokrat konqresmen İslamın müqəddəs kitabının təhsildə əsas götürülməsi təklif edib.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, ABŞ Konqresinin İndiana ştatından olan demokrat nümayəndəsi Andre Karson Qurani-Kərimin təhsildə əsas götürülməsi təklifi ilə çıxış edib.
Karson Quranı təhsil sistemlərinin əsası edən məktəblərin digər təhsil ocaqları ilə müqayisədə daha çox uğur qazandığını deyib. Habelə Karson belə təhsil ocaqlarının məhsuldarlığına və problemlərə yeni münasibət formalarına görə digərlərindən fərqləndiyini qeyd edib.
Amerikada təhsilin inkişafı üçün dinin, xüsusilə də müsəlman məktəblərinin nümunə götürülməyəcəyi müddətcə istiqrarın əldə olunmayacağını vurğulayan konqresmenin Şimali Amerika İslam Kamerasının konfransında çıxışı ABŞ ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Məlumat üçün deyək ki, ötən əsrin 90-cı illərində İslamı qəbul edib.