Bütün təzyiq və zorakılığa baxmayaraq Almaniyada İslama marağın artması rasist xristian almanların təşvişinə səbəb olub. 3,5 milyon müsəlmanın məskunlaşdığı Almaniyada bu dinə olan böyük maraq artıq elmi araşdırmaların mövzusuna çevrilib
Almaniyada radikal İslam qorxusunu aradan qaldırmaq məqsədilə islam dərnəkləri vaxtaşırı məscidlərin qapısını almanların da üzünə açmalarına rəğmən bir sıra dairələrdə xoşagəlməz münüsibət hələ də davam edir.
Bu yaxınlarda aparılan araşdırmanın nəticələrinə görə, müsəlmanların 14%-i demokratiya əleyhdarıdırlar. Mütəxəssislər isə diqqəti araşdırmanın nəticələrinin cəmiyyətin müxtəlif təbəqələrində aparılan digər araşdırmaların nəticələri ilə bənzərlik təşkil etdiyinə yönəldir. Hamburqlu kriminologiya üzrə Prefessor Piter Vetzels və Katrin Bretfeldin də iştirak etdiyi araşdırmanın nəticələrinə görə ölkə müsəlmanlarının 40%-i “radikal meylli”dirlər. Mütəxəssislərin fikrincə, “radikal meylli”lərin nəinki zorakılığa meylli olduqlarını iddia etmək, hətta demokratiyaya düşmən münasibət bəslədiyini belə iddia etmək doğru deyildir. Vetzelsə görə “radikallığa meylli” dedikdə “dinə güclü bağlılıq” başa düşülməlidir.
Demokratiya əleyhdarlığı yalnız müsəlmanlara xas xüsusiyyətdir?
Digər tərəfdən tədqiqat nəticəsində Almaniyada yaşayan müsəlmanların düşüncələrinin müsəlman olmayanların fikirlərindən kəskin surətdə fərqlilik təşkil etmədiyi məlum olub. Burada xüsusilə qeyd etmək lazımdır ki, Frankfurt Oderdəki Viadrina universitetinin müəllimi ixtisasca antropoloq olan Verner Şiffauer məhz bu səbəblə araşdırma nəticələrinin yanlış dəyərləndirilərək müsəlmanları demokratiya düşməni kimi qələmə verməyin yol verilməz olduğunu bildirib. Şiffauer tədqiqat nəticəsində yalnız müsəlmanlar arasında deyil, müsəlman olmayanlar arasında anti – demokratik fikirlərə sahib olanların da 14%-ə yaxın olduğunu qeyd edib. Antropoloq hər iki tərəfdə də digərinə qarşı müəyyən qədər düşmən münasibət bəslənildiyini qeyd edərək: “müsəlmanlarda yəhudi düşmənçiliyi, müsəlman olmayanlarda isə yəhudi düşmənçiliyi vardır” – deyib.
Alman elm adamları problemin həll edilməsi məqsədilə bütün tərəflərə əməkdaşlıq təklif edilməsinin vacibliyini vurğulayaraq: “Bu araşdırmanın qayəsinə zidd bir şəkildə İslamı və ya müsəlmanları sanki bir problemmiş kimi təqdim etsək problemin həllinə yönəlmiş cəhdlərə kölgə salmış olarıq. Çünki onlar demokratikləşmə prosesində bizim ortaqlarımızdır” deyib.
Almanların 60 %-i qatı dindardırlar
Araşdırmada iştirak edən mütəxəssislərdən P. Vetzels də eyni qənaətdədir. Bəzi xəbərlərdə araşdırma nəticələrində yer almayan məlumatlara yer verilməsinə etiraz edən Vetzels Almaniyada müsəlmanların böyük əksəriyyətinin ictimai normalarla uzlaşdıqlarını və demokratiya əleyhdarı olmadıqlarını xüsusi vurğulayıb. Vetzels müsəlman olmayanlar arasında da demokratiyanı rədd edən və zorakılıq tərəfdarı olanların mövcudluğunu qeyd edib. Mütəxəssis bundan əlavə bir müddət əvvəl aparılan və almanların 60 %-nin qatı dindar olduğunu meydana çıxaran araşdırmanın nəticələrini xatırladaraq müsəlmanların 40 %-nin radikallığa meyyli olmasının heç bir narahatçılığa əsas vermədiyini deyib.
Daxili işlər Nazirliyi müdaxilə edib?
Araşdırmanın DİN-nin göstərişi ilə aparıldığı barədə yayılan şayiələri təkzib edən Vetzels araşdırmanın bir müddət əvvəl aparılan və cinayətin işlənməsi ilə din arasındakı əlaqəni tədiqiq edən araşdırmalara istinad edilərək aparıldığını və DİN-nin bu layihəni dəstəklədiyini, ancaq hər hansı müdaxilənin baş vermədiyini bildirib.
İnteqrasiya prosesində dialoqun böyük əhəmiyyəti
Layihədə iştirak edən mütəxəssislər Almaniyada yaşayan müsəlmanların mənimsədiyi ideya və prinsiplərin nəyə əsaslandığının müəyyənləşdirilməsi məsədi daşıdığını qeyd ediblər. Vetzels bunun ancaq uzlaşma prosesi və dialoq vasitəsilə baş tutmasının mümkünlüyünə işarə edərək: “Fikrimizcə, inteqrasiya prosesində dialoqa başlamaq olduqca zəruridir. Bu, problemin həllində dialoqdan başqa bir yol yoxdur” deyib. Sonda alman mütəxəssis: “bütöv bir qrupu təmsil etməyən və azlıqda olan şəxsləri əldə əsas tutaraq kimi isə ittiham etməmənin vacibliyini vurğulayaraq buna əməl olunmayacağı təqdirdə problemin daha da böyüyəcəyini bildirib.