Ana Səhifə » 2012»Avqust»17 » Almaniyada müsəlmanların hüquqlarını dövlət səviyyəsində tanıyan müqavilə imzalayır
Almaniyada müsəlmanların hüquqlarını dövlət səviyyəsində tanıyan müqavilə imzalayır
12:46
Hamburq şəhər bələdiyyə sədri müsəlmanları rəsmən tanıdıqlarını bildirib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Almaniyanın Hamburq əyaləti rəhbərliyi müsəlmanların haqlarını hüquqi baxımdan təmin etmək məqsədilə müsəlman icmalarla dövlət müqaviləsi imzalayacaqlarını bəyan edib.
Ölkədə müsəlmanlarla ilk belə razılaşmanın imzalanacağını deyən Hamburq şəhər bələdiyyə sədri Olaf Şolz müsəlman şahirdlərin Ramazan və Qurban bayramların tətil etmələri, məktəblərdə İslam dini dərslərinin keçilməsi və vəfat edən müsəlmanların islam şəriəti qaydalarına görə dəfn edilməsi məsələsinin hüquqi bazaya söykənəcəyini deyib.
Şolz belə bir addımı atmanın zəruri olduğunu xüsusi vurğulayıb.