Ana Səhifə » 2012»İyun»21 » ALLAHLA YANAŞI İBADƏT OLUNAN İLAHLARIN ACİZLİYİ VƏ BACARIQSIZLIĞI
ALLAHLA YANAŞI İBADƏT OLUNAN İLAHLARIN ACİZLİYİ VƏ BACARIQSIZLIĞI
20:45
Uca Allah, ona şərik qoşanı tövbə etməyincə bagışlamır. Bu səbəbdən də bunu edənə Cənnəti qadağan edir,onu əbədi olaraq oda-Cəhənnəmə sürükləyir və onun bütün yaxşı və saleh əməllərini toza çevirir.Amma əfsuslar olsun ki, bizim dövrdə əksər müsəlmanların məşğul olduğu elə budur. Uca Allah buyurur: "Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar. Heç kəs Xəbərdar olan (Allah) kimi sənə xəbər verə bilməz.” Fatir, 14. Bu ayədən aydın olur ki,insanların kömək istədikləri ilah, bu 3 xüsusiyyətə malik olmalıdır: 1.O,insanların ondan istədiklərinə malik olmalıdır. 2.O,ona müraciət edəni-insanları eşitməlidir. 3.O,ona müraciət edənə-insana cavab vermək iqtidarında olmalıdır. Bütün bu 3 xüsusiyyətə malik olan yalnız Uca Allahdır. Həqiqətən də,O bütün yaradılanların Sahibidir, Hər şeyi eşidəndir və O,dua edənin çağırışına cavab verməyə qadir olandır. O ki, qaldı Allahdan başqa ibadət edilən obyektlərə, onlar Uca Allahın buyurduğu kimi: "Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.” 35. Fatir,ayə 13. Birinci xüsusiyyətin olmaması. Sonra Uca Allah buyurur: "Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər”. İkinci xüsusiyyətin olmaması.Uca Allah buyurur: " Özləri də Qiyamət günü sizin (onlara) ibadət etdiyinizi danacaqlar.” Onlar, Axirət günü gələndə sizin onlara ibadət etdiyinizi inkar edəcəklər. Allahla yanaşı ibadət olunan bütün ilahlar, Axirət günü onlara ibadət edənlərin ibadətini rədd edəcəklər. Hətta şeytan belə, ona ibadət edənin ibadətini rədd edəcək. Uca Allahın buyurduğu kimi: Uca Allahın buyurduğu kimi: "İş bitdikdə şeytan deyəcək: "Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır” 14. İbrahim, ayə 22.(bax.”İanatulMustafid bişarh Kitabu Tauhid”,başlıq 15). Uca Allah buyurur: "Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki (o bütlər) onların yalvarışından xəbərsizdirlər "46. Əhqaf,ayə 5. Məgər büt nə vaxtsa kiməsə cavab verə bilərmi? Məgər qəbir cavab verə bilərmi? Məgər hal-hazırda həyatda olmayan hər hansı şeyx və ya saleh insan cavab verə bilərmi?! Hər hansı bir müşrik(Allaha şərik qoşan) Allahdan qeyrisinə ibadət edərkən,ona dua etdiyi bir şeyin həyata keçməsini gördükdə,bunun həmin o bütdən deyil, Uca Allahdan olmasını bilmir? Sadəcə Allah bunu ona sınaq və onu daha da uçuruma sürükləmək üçün verib. Muşrik bunun ona həmin o, qəbir tərəfindən verildiyini düşündükcə şirkdə qalmaqda davam edir.Allah bizi bundan qorusun!Amin! Şeyxul-islam ibn Teymiyyə (Allah ona rəhmət etsin)özünün bir çox yazılarında qeyd edib ki,qəbirlərə,pirlərə,ocaqlara,salehlərə və s. ibadət edən muşriklər,bu ölülərdən istədiklərini, ala bilərlər.Sadəcə olaraq bu onların yollarının düzgün olduğunu göstərmir.Çünki istəyə çatmaq Uca Allahın sınagı ola bilər.Bəlkə bu onları kəməndə salmaq (tovlamaq) üçündür.Uca Allahın buyurduğu kimi: "Biz onları (tovlayıb) bilmədikləri bir yöndən tədricən (əzaba) sürükləyirik.” Qaləm 68.ayə 44. Həmçinin Uca Allah buyurur: "Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar.” Ali İmran3,ayə 178. Uca Allah həmin o, kafirə və həmin o, muşrikə möhlət verməklə onu daha da günahlarını artırmağa cəlb edir (tovlayır) ki, Axirət günü onları ağır cəzalandırsın. Bunlara əsasən demək olar ki,əgər muşrikə istədiyi verilibsə bu onun düz yolda olduğunu gostərmir. YOX! Sadəcə olaraq Uca Allah onları tovlayır və alçaldır. Həmçinin şeyxul-islam ibn Teymiyye (Allah ona rəhmət etsin) qeyd edir ki,şeytanlar kiminki qəbirlərinə ibadət edirlər,o insanların cildinə girib ,həmin ibadət edən insanların qarşısına çıxırlar.O, ölən insanların cildində qəbirdən çıxıb onlarla danışa da bilər:”Bizik, sizin istədiklərinizi yerinə yetirən.”Bütün bunları şeytanlar insanları daha da çox azdırmaq və düzgün yoldan uzaqlaşdırmaq üçün edirlər. Şeytanlar uzaq yerlərdən əşyaları gətirə bilirlər.Onlar qəbir yanında dayanıb nəsə istəyən insanlara istədiklərini başqa insanlardan oğurlayıb gətirirlər. Bundan sonra həmin insan bunların ölü tərəfindən ona gətirildiyini fikirləşir, amma onun bu işlərdən heç xəbəri belə yoxdur. Ölü özü ilə məşğuldur: ya o zövq, nemət içindədir, ya da qəbirdə əzaba məruz qalır.Nə vaxt ki, insanlar Axirət Günü yığılacaq.Bu zaman ibadət olunan ölülər də yığılacaq və onlar həmin o ibadət edənlərin düşməninə çevriləcəklər. Uca Allah buyurur: "O zaman, tabe olunmuş (başçılar) tabe olunanlardan uzaqlaşacaq, (hamısı) əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir.” Bəqərə 2.ayə 166. Həmçinin Uca Allah buyurur: " O gün (Allah) onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: "Bunlar sizəmi ibadət edirdilər? (Mələklər) deyəcəklər: "Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”. Səba 34,ayə 40-41 Çünki,cinlər onları(insanları) buna çagırandırlar,insanlar isə onlara(cinlərə) tabe olandırlar.Onlar mələklərə,salehlərə,auliyələrə ibadət etmirdilər,onlar şeytana, ona ibadət etməyi əmr etdiyi üçün ,ibadət edirdilər.(bax.”ianatul-Mustafid bişarx Kitabut-Tauhid”,tom.14). Ardı var… Mənbəə: Sələf Forum Tərcümə etdi: Günay