Əbu əd-Dərdə (Allah ondan razı olsun) dedi: Mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: “Kim elm almaq üçün yola çıxarsa Allah da onun üçün Cənnətə gedən yolu asanlaşdırar, Mələklər öz qanadlarını razı halda elm tələbələrinin ayaqları altına sərərlər, yerdə və göydə nə varsa alim üçün bağışlanma diləyər, hətta suda olan balıq belə. Alimlə abidin fərqi ulduzlarla ayın fərqinə bənzəyir, həqiqətən alimlər Peyğəmbərlərin varisləridirlər, çünki Peyğəmbərlər nə dinar nə də ki, dirhəm miras qoyub getmişlər, onların qoyub getdiyi miras elmdir. Kim ki ondan pay götürmüşsə böyük bir xeyrə nail olmuşdur”. Sunən ət-Tirmizi 10/ 154, 155. Sununu Əbu Davud 10/ 72, 73 Qədim zamanlardan məlumdur ki, kafirlərdən və bidət əhlindən olan İslam düşmənləri bu ümmətin alimlərinə böhtan atmaq və onlara tən etməklə məşğul olublar. Heç bir şübhə yoxdur ki, alimlərə atılan böhtan və onların qeybətini etmək adi insana qarşı atılan böhtan və edilən qeybət kimi deyildir. İmam Əhməd demişdir: «Həqiqətən alimlərin əti zəhərlidir! Kim onun iyini hiss etsə — xəstələnər, dadına baxsa — ölər!» Bax «al — Ma’id fi adabilmufid»71. İmam İbn Əsakir demişdir: «Həqiqətən alimlərin əti zəhərlidir və onlara tənə edənlərin aqibəti məlumdur! Allah onlara tənə edənlərin özləri ölməzdən əvvəl qəlblərini öldürər» Bax «Təbayin kizb al-muftara»27. Belə ki, əgər insan adi müsəlmana qarşı qeybət və tənə edirsə, Allah Quranda buyurduğu kimi o onun ətini yemiş kimidir, o kəs ki, bu əməlləri alimlərə qarşı edir, adi ət deyil, zəhərli ət yediyi üçün bu onun qəlbini öldürəcəkdir! İmam Əs-Səffarini demişdir: «Həqiqətən alimlərin dəyəri məlumdur və onların şərəfi ucadır, onların şərəfini alçaltmaq istəyən kəs insanların ən şərəfsizi və alçağıdır, onlara nifrət edən isə, İblisin ordusundandır!» Bax «Ləuhul-ənyar»2/355. Beləliklə, «alimlərin əti zəhərlidir» ifadəsi hələ sələflərin vaxtında yayılmışdır. Amma bu haqq kəlimələr eləcədə haqqı tapmayanların dillərinə düşmüşdür! Biz tez-tez eşidirik ki, necə Sünnədən sapmışlar Allahın, Onun rəsulunun (Ona və ailəsinə Allahın Salamı və Salavatı olsun), səhabələrinin, onların ardıcıllarının və saleh alimlərin sərf edilən sözlərini götürərək oz zəlalət fikirlərinə müvəffəqiyyətsiz haqq qazandırırlar. Çox təəssüflər olsun ki, bu mənbələrdən onların özlərinə edilən nəsihətləri isə qəbul etmirlər. Onların hər hansı ideoloqlarına qarşı təkzib gətirdikdə tez-tez: «Alimlərin əti zəhərlidir!» ifadəsini işlədirlər, özləri isə əsl alimlərə böhtan atmaq və onlara tən etməklə məşğuldurlar! Həmçinin deyirlər: «Indiki vaxtda cərh və tə`dil yoxdur», özləri isə bunu Sünnə tərəfdarlarına qarşı tətbiq etməkləri azmış kimi, bunu cərh və tə`dil-ə uyğun olmayan bir şəkildə edirlər. Bəzən, onların dedikləri haqq sözlər, elmdə zəif olanlara əsas verir ki, onları söyləyənlərin də haqq əhli olmaları qənaətinə gəlsinlər. Amma bu belə deyil! Bunun səbəbi indiki dövrdə İslam dünyasında ortaya çıxmış müxtəlif firqələrin və qruplaşmaların sayının artması deyil. Bu hal Ümmətin əvvəlki əsrlərində də mövcud olub, hətta bu Ümmətin parlaq vaxtında belə! Misal üçün, Əbu Rafi demişdir ki, xəvariclər Əli ibn Əbu Talibə qarşı çıxanda eyni ayəni təkrarlayardıdar: «Hökm Allaha məxsusdur», «Hökm Allaha məxsusdur»! və Əli dedi: «Sözləri haqqdır, anlamaqları isə batil» Bax «Səhih Müslim»1774. Qeyd edilənlərdən bəlli olur ki, bu insanların yolu bütün dövrlərdə eynidir, bu batil, şübhə və hərc-mərclik yoludur! Bu mövzunu düzgün anlamaq və faydaları qeyd etmək üçün, tanınmış şeyx Ubəyd əl Cəbrinin «Alimlərin əti zəhərlidir» məqaləsini diqqətinizə çatdırıram: Mərhəmətli, Rəhimli Allahın adı ilə! Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərrindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Həqiqətən «Alimlərin əti zəhərlidir» sözləri o ifadələrdəndir ki, bunu bəziləri əsl məna ilə, bəziləri isə batil məna ilə tətbiq edir. Misal üçün, müxtəlif hərəkatların üzvləri, «fikhul-yak`i» (gerçəklik elmi) adlandırılanların tərəfdarları, hizbçi dəvətçilər bu sözləri özlərinə aid edərək onlara qarşı çıxan və onların zəlalət fikirlərini üzə çıxaran hər bir kəsə bu ifadəni:«Alimlərin əti zəhərlidir» deyərək, özlərini və rəhbərlərini alimlərə aid edirlər. Bu ifadədələri isə bu mənanı daşıyır: heç kəsi təkzib etmək, onların səhvlərini anlatmaq və üzə çıxarmaq olmaz. Onlar bu əməlləri ilə öz yollarını təmizləyərək insanları bidətlərə (dində yenilik), zəlalətə sövq edib istədikləri kimi idarə etmək və «əhli sünnə vəl camaa»nın arasında parçalanma yaratmaq istəyirlər. Əhli sünnə tərəfdarları isə bu sözləri (Alimlərin əti zəhərlidir) saleh alimlərə aid edərək bidət əhlinə qarşı istifadə edirlər, o alimlər ki, kimlərin əti həqiqətən onlara tən edənlər üçün zəhərlidir. O ki qaldı bidət, təhrif və zəlalət əhlinə, onların ətinin heç bir dəyəri yoxdur! Imam İbn Əbu Zəmani demişdir ki: Sünnə tərəfdarları azmış həva əhlini hər zaman məzəmmət edər, onlarla birlikdə olmağı qadağan edər, onların fitnəsindən çəkindirər, onların bidətlərini bəyan edər və bunu nə qeybətə nə də ki, tənə etməyə aid etməzdirlər. Bax «Üsulu-Sünnə»293. Şeyxul-İslam İbn Teymiyyə Həsən əl-Bəsrinin sözlərini qeyd edərək: «Məgər siz fasiq bir insan barəsində insanları xəbərdar emək isəmirsiniz? Onun səhflərini bəyan edin ki, insanlar özlərini ondan qorusunlar!», demişdir: «Bir kəsin bidətini və pozğunluğunu bəyan etmək qeybətə aid deyildir, necə ki bu barədə Həsən əl-Bəsri və başqa imamlar xəbər vermişdir, əgər bu insan bunu aşkar və açıq-aydın edirsə. Bu insan layiqdir ki, müsəlmanlar onu cəzalandırsın, ən azından isə o məzəmmət olunmalıdır ki, insanlar ondan çəkinib uzaq dursunlar. Əgər onun bidəti, pozğunluğu və ya günahları barədə insanları xəbərdar edən və çəkindirən olmasa, insanlar azaraq onun davamçılarından ola bilərlər»Bax «Məcmuul-fatava»15/268. Bilmək lazımdır ki, biz onlara qarşı hər hansı bir təkzib yazdıqda, şəxsi ambisiyalara görə hər hansı bir şəxsi alçaldmaq istəmirik, biz bunu onlar bizim aralarımızda cahillik və zəlalət fikirlərini yaymaq, bidətləri ilə təfriqə salmaq istədikləri üçün edirik. Məhz buna görə onlar haqq və Sünnəyə dönməyincə heç bir şərəfə layiq deyirlər! Buna da bizim Quran və Sünnədən dəlillərimiz və bütün imamların yekdil rəyi var. Bu şəriət mətnləri barədə diqqətlə düşünən bir kəs sözsüz ki onları görəcəkdir: Əbu Hureyradan rəvayət olunur ki, peyğəmbər (Ona və ailəsinə Allahın Salamı və Salavatı olsun) dedi ki: «Ümmətimdə son zamanlar elələri tapılacaq ki, sizin və atalarınızın eşitmədiklərinizi danışacaqlar. Onlardan uzaq olun» Bax «Səhih Müslim»1/26. Bundan başqa peyğəmbər (Ona və ailəsinə Allahın Salamı və Salavatı olsun) müsəlmanları nəfslərinə uyanlardan çəkindirmişdir. O xəvariclərdən çəkindirmiş, onlarla vuruşmağı və onları öldürməyi əmr etmiş, buna görə Uca Allahdan savab vəd etmiş və hətta söz vermişdir ki, onları görsə özü öldürəcək. Həmçinin qədərilərdən çəkindirərək onları «ümmətin məcusiləri (atəşpərəstləri)» adlandırmışdır Bax «Abu Daud»4691. Həmçinin Məsih əd-Dəccaldan o qədər çəkindirmişdir ki, hətta səhabələrdən biri nəsihətləri dinlədikdən sonra demişdir ki: «və bizə elə gəldi ki, o xurma ağaclarının arasındadır» Bax «Səhih Müslim»3/118. Yəni fikirləşdilər ki, o onlara artıq yaxınlaşıb. Beləliklə, biz görürük ki, peyğəmbər (Ona və ailəsinə Allahın Salamı və Salavatı olsun) ümumi firqələr barədə xəbərdarlıqla yanaşı fərdi şəxslər barədə də xəbərdarlıq edib. Peyğəmbər (Ona və ailəsinə Allahın Salamı və Salavatı olsun) vəfat etdikdən sonra bu işi onun səhabələri və Sünnə imamları davam etmişdir. Misal üçün Ömər ibn əl-Xəttab, «əhlül-rəy» (öz rəylərini hədislərdən üstün tutanlar) barəsində demişdir: «»Əhlül-rəy»dən özünüzü qoruyun! Allah rəsulunun (Ona və ailəsinə Allahın Salamı və Salavatı olsun) hədislərini əzbərləmək onlar üçün yorucu olduğu üçün onlar öz rəyləri əsasında danışmağa başladılar. Özləri haqq yoldan azdılar və başqalarınıda azdırdılar!» İmam əl-Lələkai İbn Abbasdan, Allah ondan razı olsun, rəvayət edir ki, o demişdir: «Allaha and olsun ki, düşünmürəm bu gün elə bir kəs ola bilər ki, şeytan onun ölümünü mənim ölümümdən çox arzulasın!» Soruşdular: «Nəyə görə?» O dedi: «Harada olursa olsun, şərqdə və ya qərbdə, bidət peyda olanda, kimsə onunla mənim yanıma gəlir, mənə çatdıqda mən onu, bidəti inkar edən Sünnə ilə məhv edirəm.» İmam əz-Zəhəbinin «əs-Siyar» və başqa alimlərin əsərlərində mötəzilə və qədəri olan Ömər ibn Ubeyd barədə Asim əl-Əhvalənin dediklərindən belə yazılır: «Bir dəfə biz Qatadə ilə bir yerdə oturmuşduq və onun yanında Ömər ibn Ubeyd barədə danışıldıqda onun haqqında pis rəydə olduğunu gördük. Mən isə dedim: «Düşünmürdüm ki, elm əhli biri birini təkzib etməklə məşğuldur!» Bu zaman Qatadə dedi:»Ey Əhval, məgər sən bilmirsən ki, əgər bir insan dinə yenilik gətiribsə bunu bəyan etmək vacibdir ki başqaları bilsin?!» Əhli sünnə alimlərinin, «əl-İbanə» İbn Bata, «Şərh Üsul əl-İtiqad» imam əl-Lələkai və başqalarının kitablarından məlumatı olan kəs üçün bəllidir ki biz burada nədən danışırıq, belə ki bütün sələflər yekdildirlər ki, bidət və onların daşıyıcılarından insanları çəkindirmək zəruridir. Musab ibn Sad, Allah ondan razı olsun, deyərdi: «Azmışlarla oturma, yoxsa mütləq səni iki bəladan biri haqlayar: ya səni azdırar, səndə onun arxasınca gedərsən, ya da sən onu tərk etməmiş o sənə zərər yetirər!»