O, Əbu Bəkr əs-Sıddiqin qızıdır. Anası, Amir bint Uveymirin qızı Ümmü Ruman el-Kinaniyyədir. Aişə bint Əbu Bəkr əl-Siddiq Peyğəmbərlə (səllallahu aleyhi və səlləm) Peyğəmbərliyin 10-cu ilində Şəvval ayında evlənmişdir, 620-ci ildə. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yeganə bakirə zövcəsi idi. Peyğəmbər (səllallahu aleyhi və səlləm) dünyadan köçdüyü zaman onun 18 yaşı var idi. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələri onun ölümündən sonra ömürlərinin sonuna qədər heç bir kimsə ilə evlənməmişlər.Aişə (radiyallahu anhə), Peyğəmbərdən (səllallahu aleyhi və səlləm), atasından, Ömər (radiyallahu anhu), Həmzə ibn Ömər əl-Əsləmidən, Sad ibn Əbi Vaqqasdan rəvayət etmişdir. Ondan rəvayət edənlər bunlardır: Səhabələrdən: Amr ibn As (radiyallahu anhu), Əbu Musa əl-Əşari (radiyallahu anhu), Zeyd ibn Xalid əl-Cüheni (radiyallahu anhu), Əbu Hüreyrə (radiyallahu anhu), Abdullah ibn Ömər (radiyallahu anhu), Rəbiyə ibn Əmr əl-Cirşi (radiyallahu anhu), İbni Abbas (radiyallahu anhu). Qohumlarından: Ümmü Gülsüm, süd qardaşı Avf İbni Hars, bacısının iki oğulu əl-Qasim və Abdullah, Məhəmməd b. Əbi Bəkrin iki oğulu və başqaları. Təbiindən: Səid ibn əl-Müseyyib, Abdullah ibn Amir İbni Rəbiyə, Safiyye bint Şeybe, Urve, əş-Şabi, Əta, Mücahid, İkrime, Muaza əl-Adəviyye,Nafi, İbn Məsud və daha başqaları. Aişəyə (radıyallahu anhə) aid bəzi hədislər: Aişə (radıyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona buyurdu: «Ya Aişə! Bu Cəbraildi, sənə salam söyləyir». Aişə: «VƏ ALEYHİS SƏLAMU VƏ RAHMƏTULLAHİ – Allahın salamı və rəhməti onun üzərinə olsun» deyə cavab verdim. { Müslim 2447}.
Aişə (radıyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: «Ya Aişə! Sən 3 gecə yuxumda mənə göstərildin. Sənin surətini mənə ipəkli bir parçada mələk gətirdi və: «Bu rəsmin sahibi sənin zövcəndir!» dedi. Nəhayət mən sənin üzünü açınca baxdım ki, o surət sənsən». { Müslim 2438}.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurdu: «Aişənin (digər) qadınlara üstünlüyü, səridin (Ət və çörək parçalarından düzəldilən və ərəblərdə digər yeməklərdən üstün olan bir yemək növü) digər yeməklərdən üstünlüyü kimidir».{ Buxari, Müslim}.
Amr ibn As (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdum: «İnsanların hansı sənə ən sevimlidir, ey Allahın Rəsulu?». Rəsulallah: «Aişə» deyə buyurdu. Mən: «Bəs kişilərdən?» deyə soruşduqda: «Onun atası» deyə cavab verdi. { Buxari}.
Aişə (radıyallahu anhə) rəvayət edir ki, mən heç bir qadın haqqında Xədicəyə qarşı qısqandığım dərəcədə qısqanc olmadım. Halbuki o, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) mənimlə evlənməsindən 3 il əvvəl vəfat etmişdir və mən onu əsla görməmişdir. Ona qarşı olan qısqanclığımın səbəbi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) onun adını tez-tez zikr etməsinə görə idi. { Müslim 2432}.
Məsrukdan rəvayət olunur Əbud-Duha belə dedi: Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səhabələrinin böyüklərinin Aişədən (radıyallahu anhə) bir çox məsələri soruşduqlarını gördüm.
Əbu Bürde ibn Əbi Musa, atasından rəvayət edir ki : Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səhabələri nəzərində müşkül olan bir məsələdə Aişədən (radıyallahu anhə) soruşulduğu zaman onun bu məsələdə məlumatı olduğu görülmüşdür.
Hişam ibn Urve atasından rəvayət edərək belə deyər: Fiqh və tibbdə Aişədən (radıyallahu anhə) daha alim bir kimsə görmədim.
Əta ibn Əbi Rebahdan: Aişə (radıyallahu anhə) insanların ən alimi, ümumi məsələlər haqqında insanların ən gözəl fikirlisi idi.
Zühri də belə demişdir: Aişənin (radıyallahu anhə) elmi, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) digər zövcələrinin elmi və digər insanların elmi ilə müqayisə edilmiş olsa, Aişənin (radıyallahu anhə) elminin daha üstün olduğu aydın olar.
Aişə anamızın ölüm anı !
İbn Əbu Muleykə Zəkvan ibn Əbu İmranın belə dediyini rəvayət edir:
- Aişə (radiyallahu anhə) can verəndə ibn Abbas (radiyallahu anhu) onun yanına gəldi və içəri girmək üçün izn istədi.
Mən onun yanına girdim. Onun başının üstündə qardaşı Abdurrahmənin oğlu Abdullah oturmuşdu. Mən ona dedim ki, İbn Abbas (radiyallahu anhu) girmək üçün icazə istəyir. O, cavab verdi:
- Mənim yaxamı ibn Abbasdan (radiyallahu anhu) qurtar. Mənim nə ona, nə də onun təriflərinə ehtiyacım yoxdur.
O, zaman Abdullah dedi:
- Ey anamız ! Həqiqətən ibn Abbas (radiyallahu anhu) sənin mömin oğullarından biridir. O, sənin üçün dua etmək və səninlə vidalaşmaq istəyir.
Aişə (radiyallahu anhə) fikrindən daşınaraq buyurur:
- O zaman buraxın, gəlsin.
İbn Abbas (radiyallahu anhu) daxil oldu və əyləşdi. Sonra isə buyurdu:
- Sevin ! Allaha and olsun ki, sənin ruhun bədənini tərk etdikdə sən bütün çətinlikləri və əzabları unudub Məhəmmədlə (səllallahu aəleyhi və səlləm) və dostlarınla görüşəcəksən.
Aişə (radiyallahu anhə) dedi:
- Daha sonra nə olacaq, ya İbn Abbas ?
- Sən Allahın Rəsulunun (səllallahu aleyhi və səlləm) ən sevimli həyat yoldaşı idin, o isə yalnız gözəlliyi sevirdi. Sən əl-Əbvdə gecə öz boyunbağını itirmişdin və Allahın Rəsulu (səllallahu aleyhi və səlləm) onu tapmaq qərarına gəldi. Bunun nəticəsində insanlar susuz qaldı və Allah bu ayəni göndərdi:
“….pak bir torpaqla təyəmmüm edin…” (Nisa surəsi, 43)
Sən Allahın bu icmaya bu cür rahatlıq göndərməsinin səbəbisən. Sonra Uca Allah göyün yeddi qatının yüksəkliyindən üzərindən dinsizlərin iftirasını götürərək, səni təmizə çıxardı. Elə bir məscid yoxdur ki, Allahın adını anaraq gecə və gündüz sənin günahsızlığın haqda ayələr oxunmasın.
Aişə (radiyallahu anhu) ağlamağa başlayır və buyurur:
- Deyilənləri qəbul edirəm, lakin bir gün Rasulullahdan (səllallahu aleyhi və səlləm) soruşdum:
- ”Ya Rasulullah (səllallahu aleyhi və səlləm), Qiyamət günündə, anaların körpələrini atıb qaçdığı bir gündə çevrilib, arxana baxıb:” Bir Aişə adlı zövcəm vardı”- deyə məni xatırlayacaqsanmı? Peyğəmbər (səllallahu aleyhi və səlləm) cavab verdi:
- Ya Aişə, 3 yer vardır ki, səni orada xatırlaya bilməyəcəm !
1. Hesab yerində,
2. Sırat körpüsündə,
3. Cənnət və Cəhənnəm əhlinin ayrıldığı yerdə.
Bu 3 yerdə səni xatırlaya bilməyəcəm, ya Aişəm. Öz başının çarəsini qıl !
Sonra Aişə (radiyallahu anhə) hönkürərək sözünə davam edir:
- Kaş ki, bir ağac olardım. Məni yandırardılar, külüm havaya sovrulaydı, amma Aişə adı dəftərlərə yazılmayaydı. Kaş ki, yaradılmayaydım.
Ya ibn Abbas, məni rahat burax. Allaha and olsun ki, dalğınlığa təslim olub həmişəlik unudulmaq istərdim və sonra bu ayələri oxudu:
-“Kaş bundan əvvəl öləydim və bir dəfəlik unudulaydım!” (Məryəm surəsi, 23)
Aişə (radıyallahu anhə) 2210 hədis rəvayət etmişdir. Buxari və Müslim 174 hədisdə ittifaq etmişlər, ayrıca Buxari 54, Müslim 68 hədis rəvayət etmişdir.
Aişə (radıyallahu anhə) 65 yaşında vəfat etmişdir.