Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19925 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14157 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9947 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 24 » Ağ toyuğun qurban kəsildiyi kənddən
    Ağ toyuğun qurban kəsildiyi kənddən
    08:30
    Xaçmazın mərkəzindən bir xeyli gedirsən. Sürücü and-aman edir ki, pirə gedirsiz deyə bu qiymətə aparır. Yoxsa ora heç kim bu qiymətə getməz. Yolu yol deyil. Ətrafda bircə ağac da yoxdur. Xaçmazın ən bərbad yollarıdır. Hətta su kanallarının üstündəki körpülər elə vəziyyətdədir ki, buna görə sürücünün deyinməsini birtəhər sinirə bildik. Haqlı idi, ani ehtiyatsızlıq eləsən, maşın qarışıq suyun içindəsən. 

    Elə Qarğalıq kəndində sonuncu sınıq-salxaq körpünü keçəndən sonra sürücünün üzü güldü: 

    - Pirə qurban olum, onun sayəsində sağ gəlib çıxdıq.

    Maşını kənara çəkib, yolun qırağında gedəcəyimiz pirin adı yazılmış yol nişanını görcək bir salavat da çevirdi. Üstəlik, dodağının altında dua da oxudu. 

    Mənimlə maşında olan xaçmazlı dostumuz Cəmil göz vurub, özünü saxlaya bilmədi: 

    - Bu "strelka”ya niyə salavat çevirirsən? 

    Sürücü üz-gözünü turşudub, yoluna davam etdi… 

    *** 

    Əslində Xaçmazdakı dostlara zəng edib deyəndə ki, sizdə filan pir var, ətraf rayonlardan, Dağıstandan belə ziyarətə gəlib şəfa tapırlar, eşitdiyim cavab maraqlı oldu: 

    - Burda hər kolun dibinə bir şal bağlayıblar, camaat da axışır ora. Hansını deyirsən? 

    Dərhal da konkret ünvan dedik: 

    - Qarğalıq kəndindədir. Gəlirlər, özləri qoyun-quzu, ağ toyuq gətirilər. Orda kəsirlər qurban kimi. Sonra da… 

    Sözümü dərhal kəsdilər: 

    - Gəl gedək... 

    Getməyinə gedirik. Amma dünəndən bəri məni bir məsələ daha çox düşündürürdü; niyə axı gedəcəyimiz piri ancaq həftənin üçüncü və altıncı günü ziyarət edirlər? Həftənin başqa günləri ziyarətə gedilsə məqbul sayılmazmı? Xaçmazlı dostumuz yarızarafat, yarıgerçək deyir ki, yəqin sovet dönəmində camaat ənənəvi "subbotniklərdən” - iməciliklərdən - qaçmaq üçün bu günü seçiblər. Amma sonradan bunun səbəbini yerli imamdan soruşanda eşitdiklərimiz bizi dəhşətə gətirəcəkdi. 

    İnanın, biz bir neçə saatlıq 21-ci əsr Azərbaycanından ayrılıb sözün həqiqi mənasında orta əsrlərə düşmüşdük. Xaçmazdan çox yox, 20-25 kilometr aralıda yerləşən, kimliyi oranın mühafizəçiləri arasında belə mübahisəyə səbəb olan birinin ocağına yığışmış, ziyarətinə gəlmiş onlarla adam ani bir sual üstündə həddən artıq qəzəblənəcəkdilər. Hətta fotoaparatımızı və kameranı əlimizdən almaq istəyəcəkdilər. Mən, bu sətirlərin müəllifi Allahın, tək olan o varlığın mövcudluğuna inanıram. Mən islam peyğəmbərinin Allahın sonuncu rəsulu olduğunu da qəbul edirəm. 

    Amma mən sizin üçün bu sətirləri yazanda saat 15 radələri idi. Təqvimdə tarix 23 iyunu göstərirdi. 21-ci əsrin 12-ci ilinin 6-cı ayının 23-cü gününü... Bakıdan çox yox, 160 km aralıda yerləşən bir kənddə gördüklərimi yazıram sizlərə. Qarşısında xarici markalı avtomaşınların durduğu, adına "Murad piri” deyilən ziyarətgahdan. 

    "Piri narahat etməyin” 

    Pirin yerləşdiyi həyətin qapısını açıb içəri keçirik. Burda kiminsə çiynində çanta içəri girməyinə alışmayıblar. Qurbanlıq qoyun da olmasa, əlində heç olmasa bircə dənə toyuq da olsa tutmalısan. Sən ziyarətə gəlmisən. Nə reportaj-filan?! İllərdir gözdən-könüldən uzaq olan bu yerdə, dostumuzun sözü olmasın, bəlkə SSRİ-nin dağılmasından da xəbərləri yoxdur. 

    "Dəli Kür” filmində kənd mollası Sadığın yanındakı eynəkli kişini xatırlayırsınızmı? Daim molla Sadığa yaltaqlanan, o ağzını açmamış dillənən, "Düş atdan deyir, düş də...” - deyən o kişiyə oxşatdım. Pirin gözətçisi ağzımızı açmamış dərhal sual yağdırmağa başladı. Kimsiz, nə istəyirsiz, əlinizdəki nədir, bizə heç kim pislik edə bilməz... 

    Əcəb işə düşdük! Ağzımızı açmağa imkan vermirdi. Nəhayət, səbrimizi basıb, ona izah etməyə başladıq. Yenə başladı: "Buranı icra başçımız Rafiq müəllim tikdirib, hamımız da ona sağ deyirik…” 

    Ağsaqqala başa salırıq ki, Rafiq müəllim dediyi Rafiq Niftəliyev azı 10 il bundan əvvəl işdən çıxarılıb, Ağdaşa icra başçısı göndərilib. Hətta indi orda da işləmir. İndi başçı tamam başqa adamdır. Bir sözlə, SSRİ söhbəti... Əl çəkmək istəmir ki, istəmir. 

    Pirin sahibi, daha doğrusu, sahibəsini dilə tuturuq. Nəhayət, birtəhər razılaşır. Amma bir şərtlə. Heç bir çəkilişdən söhbət gedə bilməz. Piri və ora gələnləri narahat etməmək üçün. Qurban kəsməyə gətirilən heyvanları, quşları isə ümumiyyətlə. Onda qurban qəbul olunmur. 

    Əlac nə idi? Bu qədər yol gəlmişdik. (Bir qədər irəli gedib deyim ki, sonradan bir-iki eksklüziv çəkilişə icazə verildi. Ümumiyyətlə, yaramazlıq etməyəcəyimizi bilib kameraya da danışdılar. Amma çox qısa - S.M.) 

    Kim olub axı, bu Murad? 

    Pirin sahibəsi Rəfiqə adlı, təxminən 50 yaşlarında bir qadındır. Dediyinə görə, 9 il bundan əvvəl atası Teymur kişi rəhmətə gedəndən sonra pir istifadə üçün ona verilib. Rəfiqə xanım pirin tarixini, niyə "Murad piri” adlandırıldığı barədə heç nə bilmir. Sadəcə, bunları deyir: 

    - Bura gələnlər, xəstələr sağalıb gedirlər. Biri qucaqda gəlir, bir qədər pirdə yatır, sağalıb gedir. Özü. Yeriyə-yeriyə. Bax o yatan var ha, indi sağalıb gedəcək. Çox qədim pirdir. Hər yerdən bura gəlirlər. Niyə "Murad piri” adlanır? Ona görə ki bura gələnlərin hamısı muradına çatıb gedir. 

    "Dəli Kür”ün qəhrəmanına bənzəyən kişi imkan vermir. İndi pirin iki qulluqçusunun dialoquna fikir verin: 

    - Elə deyil. Burda yatan adam Murad olub. Şam tərəflərdən gəlib. Onlar üç qardaş olublar. 

    - (dərhal da sözünü kəsirlər) Nə danışırsan a kişi?! Muradın qardaşları olmayıb. Bir bacısı olub. 

    - Bilmədiyini danışıb camaatı çaşdırma. Muradın bir qardaşı da Gəndobdadır. Orda basdırılıb. 

    Dostumuzun səbri çatmır: 

    - İndi bu Murad adlı adam olub, ya yox? 

    - Hə. 

    - Yox! 

    - Yaxşı bu Murad buralı deyil, Şamdan gəlib deyirsiz. Bəlkə… 

    Kişi imkan vermir, çox maraqlı trayektoriya cızır: 

    - Övliya olub. Şamdan gedib Məkkəyə, ordan Kərbəlaya, ordan gəlib Şama, sonra da bu tərəflərə. Tarixdə var ki, Muradın əmisi uşaqları Qafana kimi gedib çıxıblar. Sonra məlum olur ki, mələklər hər zonaya bir nəfər göndəriblər, Murad da bizim zonaya düşüb. 

    - Kim olub axı o Murad. Bəlkə əsgər olub, sərkərdə olub? 

    Dostumuz yenə işləri korlayır: 

    - Bəlkə fərari olub, burda gizlənib… 

    - Nə fərari? Belə deyirlər ki, 124 min peyğəmbərimizdən birinin qəbridir, bilmirik hansıdır. Amma övliyadır. Yoxsa bu qədər adam gələr bura? 

    - Əlbəttə, yox, - xorla deyirik. 

    Pirdə yatmaq növbəylədi 

    Təxminən 20 kvadratmetrlik bir otaqdır. Başda üstü götürülmüş bir qəbir var. Üzərində "Murad baba” yazılıb. Qəbrin ayığında sellofan torba qoyulub. Ora pul yığılır. Amma qapının ağzında da dəmirdən nəzir qutusu var. Nədənsə ora pul atan yoxdur. Divarlara müxtəlif dini şəxsiyyətlərin şəkilləri, xalça-palaz vurulub. Yerə də palaz və döşəklər sərilib. Divar boyu bir neçə nəfər yatıb. Ya da uzanıb məchul bir nöqtəyə baxırlar. Pirin qulluqçuları deyir ki, yatmaq növbəlidir. Bir adam 20-30 dəqiqə yatır. Sonra yerini başqasına verir. Çünki yatmaq və durandan sonra muradına çatmaq istəyən çoxdur. Yatanın birinin - sonra öyrəndik ki, adı Bəxtiyardır - üç qızı var, bura oğul dalınca gəlib. O biri isə iş axtarır, pirin köməkliyi ilə iş tapıb, dolanmaq niyyətindədir. Həcər xanım isə sadəcə, atası ilə gəlib. Deyir, "dedilər gedək ziyarətə, mən də gəldim”. 

    Bir azdan qulluqçu qadın qrafində su paylamağa başlayır. Hamı əlini suya elə uzadır ki, sanki su çatmayacaq. Hamı eyni stəkandan içir. Qəhrəmanımız ahıl kişi deyir ki, bu adi su deyil, tütyədir, şəfa verir. Hələ bizə də təklif edir. Amma basabasa ehtiyac yoxdu, su qurtaran deyil. Çünki 20 metr aralıda artezian quyusu var. Su da nə qədər istəsən. Bundan sonra başqa bir ritual başlayır. Hamı qəbrin başına hərlənir. Kənarda oturmuş bir qız isə telefonunu qurdalayıb hansısa dini melodiyanı səsləndirir. Təxminən 6-7 dəfə qəbrin başına fırlanandan sonra otağı tərk edirlər. 

    Bundan sonra başqa bir dəstə içəri girir. Onların da, yatanı yatır, yatmayanı qəbrin başında dövrə vurub kirimişcə otururlar. Bayıra çıxanlara isə başqa bir qadın bir əski parçası verir. Onlar da həmin parçalardan qırıb, ağaca bağlayırlar. Həmin parça nə vaxtsa yerə düşən günü onu bağlayan muradına çatmalıdır. Buna şəkk gətirmək olmaz. Bununla da ziyarət prosesi uğurla başa çatır və hamı parçanın qırılıb yerə düşəcəyi günü gözləməyə başlayır. 

    "Mələklər belə məsləhət görürlər” 

    Prosesə maraqla baxdığımızı görən qoca kişi, deyəsən, xoşhallanır. Elə ona görə də həvəslə danışmağa başlayır. Hələ üstəlik, adını da deyir: 

    - Mən Hacıağa imamam. Məscidin imamı. Yəqin bilirsən. Adəmdən sonra oğlu İbrahim peyğəmbərin vaxtından övliyalar var. Hər yerdə övliya var. Onlar da mələklərin əmrini icra edirlər. Bayaq deyirsən ki, niyə çərşənbə və şənbə günü ziyarətə gəlirlər? İzah edim. Bu günlər mələklər göydə olan övliyalara tapşırır ki, öz qəbirlərinə, ocaqlarına getsinlər, camaata şəfa versinlər. Bunu onlara bərk-bərk tapşırıb. Mələklərin sözündən də bilirsən ki, çıxmaq olmaz. Onlara da göstəriş verən var axı... 

    - Bəs başqa günlər? 

    - O biri günlər isə onlar mələklərə hesabat verirlər ki, bu iki gündə nə etdik, neçə nəfərə şəfa verdik. 

    - İslamda müqəddəs gün cümə günüdür axı. 

    - Orasını mən bilmərəm. Mələklər çərşənbə, bir də şənbə günü məsləhət görürlərsə, demək belə məsləhətdir. 

    Həyətdə kabab çəkən kim, samovar qaynadan kim. Hansı növ desən ətdən kabab çəkirlər. Kişi deyir ki, bircə balıq haramdır. Bura qurban, nəzir kimi toyuq da gətirirlər. Amma ziyarətçilər çalışmalıdır ki, toyuq ağ rəngdə olsun. Çünki ağ toyuq daha məqbuldur. Amma pirin sahibəsi Rəfiqə xanım deyir ki, ağ toyuq olmasa da olar: "Məcbur deyil ki ağ toyuq gətirsinlər, qara toyuq da olar, imkansızdısa, çil toyuq da olar. Bura ağ xoruz gətirən olub. Dilini kəsib pəltək uşağa yedizdirmişik, dili açılıb. Şəkk eləməyin. Burda hər şey qəbuldur. Amma vallah, bizim pir uzaqdı, gələn-gedəni azdı. Görürsüz də, yoldan da uzaqdı. Körpümüz də uçur az qala. Siz o biri pirlərə gedin, görün nə qədər gələn var. Nəzir gətirən var. Bu pirdə nə var ki yazmaq istəyirsiniz? 

    Dostumuz yenə səbirsizlik edir: 

    - Ay xala, biz vergi işçisi deyilik e? 

    - Nə bilim vallah, deyirəm də. Düşər-düşməzi olar. Niyyətiniz pis olsa, muradınıza da çatmazsınız… 

    Bu vaxt bayaqdan əlində balta ət doğrayan kişi xanımın sözünü kəsir: 

    - Mənim şəklimi çəkdiz. Bir şey eləməzlər mənə? 

    Nə cavab verəydik ki? 

    *** 

    Ət demişkən, istər kəsilən qurbanlar, istərsə də yığılan nəzir, gətirilən ehsan qəbir daşının qarşısına qoyulan kimi anandaca bir neçə nəfər onu xüsusi torbalara yığıb, otaqdan çıxardılar. Bunu şəkildən də görmək olur. Hara aparıldığını isə öyrənmək belə istəmədik. Əlavə başağrısı nəyə lazım? 

    *** 

    Pirdən çıxanda Şakir adlı bir nəfər bizi çaya dəvət etdi. Şakir pirə ailəsi ilə gəlmişdi. Deyir, bura ildə bir-iki dəfə gəlir. 

    - Nə bilim vallah, arvad-uşaq deyir, gəlirəm. Nə edim e. Onsuz da Allah adına qurban kəsirik. Sadəcə hardasa kəsməliyik, nə edək. 

    Bir stəkan çay içdiyimiz beş dəqiqə ərzində bizə 6-7 nəfər yaxınlaşdı. Başımızın üstünü kəsdirib Şakirlə nə danışdığımıza qulaq asırdılar. Ortaboylu birisi deyəsən bir az səbirsiz idi: 

    - Siz o kişinin dediklərini olduğu kimi yazın. Bakıda texnikum qurtaran mollalardan savadlıdır. Hacıağa dayı deyir ki, nə arzuları varsa, nə vaxt istəsələr pirə gələ bilərlər. Hələ sizləri biri pirlərə də aparar… 

    *** 

    Mən bu söhbəti yazıya çevirəndə saat 17 radələri idi. Təqvimdə iyunun 23-ü. 21-ci əsrin 12-ci ili… 

    Daha iki mikroavtobus Murad pirinə tərəf yol alırdı. İçi dolu iki avtobus... 

    Səbuhi Məmmədli, 

    Xaçmaz-Qarğalıq


    Qurani Kərim:

    Zumər surəsi 3-cü ayə

    "Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). 
    Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!














    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 1267 | Tarix: 03.12.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 5
    Qonaqlar: 5
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru