Ana Səhifə » 2012 » Avqust » 17 » Abdullah Gül: “məzhəb toqquşması islam dünyasını Orta əsr qaranlığına sürükləyər”
Abdullah Gül: “məzhəb toqquşması islam dünyasını Orta əsr qaranlığına sürükləyər”
12:48
Türkiyə prezidenti dünya müsəlmanlarına xəbərdarlıq edib.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısında çıxış edən Türkiyə prezidenti Abdullah Gül son günlərdə artan sünni-şiə mübahisələrinə toxunub.
Məzhəb qovğası planlarının müsəlmanlara qurulan tələ olduğunu vurğulayan qardaş ölkə rəhbəri bu tələnin islam dünyasını Orta Əsrlər zülmətinə sürükləyəcəyini deyib. Müsəlmanların məzhəb zəminində toqquşmalardan uzaq durmalı olduğunu deyən Gül müsəlmanların bu tələyə düşəcəkləri təqdirdə öz qaynaqlarını daxili çəkişmələə sərf edəcəyini vurğulayıb.
Türkiyə prezidenti Suriyadakı Bəşşar Əsəd rejiminin öz xalqına müharibə elan etdiyini deyərək, BƏƏS rejiminin devrilməsinin qaçılmaz olduğunu bildirib.