Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Avqust » 16 » MOLLALARIN YAS QİYMƏTLƏRİ
    MOLLALARIN YAS QİYMƏTLƏRİ
    22:16

    Azərbaycanda yas mərasimlərinin təşkili təkcə cəmiyyət deyil, hökumət səviyyəsində aktual müzakirə mövzusuna çevrilib. Xüsusilə hüzrlərin dəbdəbəli keçirilməsi, süfrəyə verilən nemətlərin çeşidlərinin çoxluğu bir neçə dəfə Milli Məclisdə də müzakirə mövzusu olub. Məlumatlara görə, parlamentin müvafiq komissiyalarında mərasimlərin keçirilməsi ilə baglı qanun layihəsi hazırlanır.Yas mərasiminin əsas iştirakçılarından olan mollaların təhsil məsələsi də günün əsas müzakirə mövzularındandır.  Söylənilənlər arasında o da var idi ki, mollalar lisenziya ilə fəaliyyət göstərməli, yerli icra strukturları isə  onlara  nəzarət etməlidir.
    Bizim toxunmaq istədiyimiz mövzu isə tamam fərqlidir. Maraqlıdır, görəsən, Azərbaycan reallığında yas mərasimini yola vermək üçün mollalar nə qədər pul tələb edir? Yas mərasimlərini idarə edən mollalar arasında bunu özünün müqəddəs borcu hesab edənlər çoxdur, yoxsa bazardakı kimi qiymət danışanlar?
    Suallarımıza cavab tapmaq üçün paytaxtın bir neçə məscidində  mollalarla  görüşüb söhbət etməyə çalışdıq. Təbii ki,"hüzr sahibi" kimi...
    İçərişəhər məscidində Hacı Hümmət adlı molla ilə söhbətləşdik.Yas mərasimində iştirak etməyə razılıq verən Hacı Hümmət qiymət məsələsini danışmaqdan çəkindi: “Allah rəhmət eləsin... Məmnuniyyətlə gəlib yas məclisini idarə edərəm. Bizim müqəddəs borcumuzdur ki, bu kimi məclisləri idarə edib, camaatımızın ağrı-acısına şərik olaq. Sizə telefon nömrələrimi verim. Nə vaxt istəsəniz gəlib yası idarə edərəm...”
    “Təzə pir” məscidinin qapısında dayanan gözətçiyə yaxınlaşıb molla axtardığımızı söylədik. Gözətçi “cümə namazının bitməsini gözləyin, sonra hüzrə molla tapmaq problem olmaz” məsləhəti verdi. Cümə namazından sonra mollaların birinə yaxınlaşıb söhbət etdik. Hacı Rövşən “mərhumun”üçü  və yeddisində iştirak edə biləcəyini söylədi: "Ümumiyyətlə, 10 ilə yaxındır ki, yas mərasimlərini idarə edirəm. Hələ indiyə kimi heç kəslə qiymət danışmamışam. Düşünürəm ki, bu, dinə ziddir. Bizim borcumuzdur ki, insanlarımızın acılı günündə yanında olub, onların dərdlərinə şərik olaq".
    “Təzə pir”dən ayrılıb “Göy məscid”ə getdik. Məscidin Hacı Osman adlı mollası  bizə Allahdan səbr diləyəndən sonra hüzrün keçiriləcəyi məkanı xəbər aldı: “Bir az uzaqdır, amma maşın göndərərsən gəlib-gedərəm. Çalışarıq ki, mərhumun yas mərasimini layiqincə yola verək”.
    Qiymət məsələsinə gəlincə isə Hacı Osman dedi ki, ümumiyyətlə, olduğu yas mərasimlərində də heç vaxt qiymət davası etməyib: "Kimin nəyə imkanı çatır onu da verir".
    Məscidlərdə apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, mollara ya qiymət deməkdən çəkinir, ya da  yas mərasimlərini idarə etməyi özləri üçün müqəddəs borc hesab edirlər.
    Bəs görəsən şəhərin müxtəlif qəbiristanlıqlarında fəaliyyət göstərən mollalar yas mərasimlərini idarə etmək üçün nə qədər pul tələb edirlər?
    Bu sualıma cavab tapmaq üçün Yasamal qəbiristanlığına baş çəkdik. Qeyd edək ki, bu qəbiristanlıq paytaxtdakı ən böyük məzarlıqlardan biri sayılır. Mətbuat prospektindən Badamdara - "Qurd qapısına" qədər böyük bir ərazini əhatə edən Yasamal məzarlığında həm müsəlman, həm xristian, həm də yəhudilər dəfn edilib. Bu məzarlıqda olan mollaların əksəriyyəti “Yasin” oxumaqla pul qazanırlar. Üstəlik məscidlərdə fəaliyyət göstərən mollalardan fərqli olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qəbiristanlıq mollalarını qəbul etmir. Çünki mollalıqla məşğul olan hər bir şəxs QMİ-də qeydiyyatdan keçməlidir.
    Yasamal məzarlığında olan mollaların birinə yaxınlaşıb yas mərasimini neçəyə idarə etdiyini soruşduq. Hacı Şakir adlı molla 250 manat qarşılığında hüzrü  yola verə biləcəyini söylədi: "Burda bizim qiymətlər standartdır. Ancaq əlavə günlər məsələn, cümə axşamları və 40-da idarə etməyimi istəyirsinizsə 300 manat verməli olacaqsınız".
    Söhbət zamanı məlum oldu ki, o mollalıqla iki ildir məşğul olur: “Məsciddə bu iş üzrə 6 ay təhsil almışam. Bu günə kimi bir çox məclisi yola vermişəm. Yas mərasimləri olmayanda isə burda "Yasin" oxumaqla məşğul oluram".
    Söhbətə qoşulan başqa bir cavan molla isə məscidlərdəki qiymətlərlə müqayisədə burdakı qiymətlərin həddindən artıq ucuz olduğunu söylədi.
    Ümumiyyətlə isə dinimiz vəfat etmiş müsəlmanın Allah kəlamı ilə torpağa tapşırılmasını vacib sayır. Bu öhdəlik isə mollaların üzərinə düşür. Sözsüz ki, heç bir təmənna güdmədən, sadəcə öz vəzifəsini yerinə yetirmək, Allah kəlamını eşitdirmək üçün dəvətləri qəbul edən mollalar da az deyil. Amma onların əksinə, yalnız öz mənafeyini düşünən, biliyi, savadı imkan verməsə belə bir məclisi də əlindən buraxmaq istəməyən, ölüyə rəhmətdən qabaq qiymət oxuyan mollalar da var.

    Fərahim İLQAROĞLU

    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: ABDULLAH | Baxılıb: 1032 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2009  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 5
    Qonaqlar: 5
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru