Ana Səhifə » 2009»May»25 » ABEL MƏHƏRRƏMOV «İLAHİYYAT» MƏSCİDİNİ BAĞLATDIRDIĞINI BOYNUNA ALDI
ABEL MƏHƏRRƏMOV «İLAHİYYAT» MƏSCİDİNİ BAĞLATDIRDIĞINI BOYNUNA ALDI
03:30
Azərbaycan Dövlət Neft Akademiyasındakı
qətliamdan əvvəl Şəhidlər Xiyabanındakı türk camesi bağlandı. Rəsmi
olaraq məscidin təmirə dayandırılması bildirilsə də sonradan məlum oldu
ki, məscid terror təhlükəsi ilə bağlı qapadılıb. Bir neçə gün əvvəl isə
Yasamaldakı İlahiyyat camesinin bağlanması gündəmə gəldi. Dünən
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç camelərin ətrafında
yaranan məsələ ilə bağlı açıqlama verib. Səfir APA-ya deyib ki,
Azərbaycandakı türk məscidləri bağlanmayıb. H.Kılıç «Bu məscidlərdə
Cümə namazı qılınıb» deyə söyləyib: «İndiki anda məscidlər açıqdır.
Təəssüf ki, belə xəbərlər dolaşır. Biz də bu xəbərlərdən üzülürük.
Yanlış xəbərlərdir. Təəssüf ki, belə məlumatlar mətbuatda da yer alır».
Səfir türk məscidlərinin Azərbaycanda 15 ildir fəaliyyət
göstərdiyini də xatırladıb: «Məscidlər 15 ildir fəaliyyətdədirsə, xalq
da ora gedirsə, deməli, həmin məscidlərə sərəncamı da xalq verib». İlahiyyat»
məscidinin imamı İbrahim Məmiş isə Bakı Dövlət Universitetinin (BDU)
rektoru Abel Məhərrəmovun şikayəti əsasında Bakı Şəhər Baş Polis
İdarəsinə dəvət edildiyini deyib: «Orada bildirildi ki, BDU-nun rektoru
Abel Məhərrəmov məscidin qanunsuz tikilməsi və fəaliyyət göstərməsi
barədə idarəyə şikayət edib. Derdilər ki, məscid fəaliyyətini
dayandırmalıdır». Qeyd edək ki, A.Məhərrəmov xaricdə səfərdə
olduğundan məsələyə münasibətini açıqlamamışdı. Dünən Bakıya qayıdan
rektor jurnalistlərə açıqlamasında məscidin bağlanması barədə danışıb.
Lakin məscidin imamı İ.Məmişin dediklərindən fərqli olaraq o, səbəb
kimi namaz vaxtı duaların səsgücləndirici ilə yayılmasının dərslərə
maneçilik törətməsini göstərib: «Əvvəllər bura elə də çox adam
gəlmirdi. Ancaq «Əbu-Bəkr» və «Şəhidlər» məscidlərinin bağlanmasından
sonra insanlar çoxluq təşkil edir. Mən sizi dəvət edirəm. Həmin vaxt
burada olun və vəziyyətlə özünüz tanış olun. Maşın əlindən insanlar
küçədən keçə bilmir. Duaları da səsgücləndirici ilə verirlər.
Müəllimlər və tələbələr dəfələrlə mənə müraciət ediblər ki, dərs keçə
bilmirik. Burada siyasi səbəb axtarmaq lazım deyil».
ABDULLAH(Selef) Bundan da betərlərinə cənazə qılırlar.Bu yaxınlarda Türkiyədə Türkan Sylan adlı ateist,Allah düşməni dünyasını dəyşdi.Onu məscidə aparıb müsəlman kimi basdırdılar.
Gor kimler danisir.Allahin ve Azerbaycanin dusmenleri.Yamanda ders kecirler.Ilde iki defe BDU yarmarka olur.Sozun esl menasinda.Alis-veris.Muellimlerin ekseriyyeti oz menliklerin pula satirlar.Gedib onun derdin cekmekden gor neye mane olmaq isteyirler Qeyd. Mescidlerde camaatla zikr edilmese bele fitnekarlara qapi acilmaz.Bu da bidetin novbeti zerbesi
indi baxarsiz bu insan olende bu insana gore 200 metr uzunluqunda poladka qurulacaq yolda baqlanacaq ustelik mikrofonla danishan mollanin sesinden etrafdakilar eziyyet cekecek,,
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər. [ Qeydiyyat | Giriş ]