Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19458 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16420 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13443 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9338 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8960 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » May » 7 » MƏSCİDLƏR BAĞLANIR, SÖKÜLÜR, CƏMİYYƏT İSƏ SUSUR
    MƏSCİDLƏR BAĞLANIR, SÖKÜLÜR, CƏMİYYƏT İSƏ SUSUR
    04:44
    Ölkədə məscidlərin bağlanması və sökülməsinin adi hal alması bizi bu qənaətə gətirir. Ötən ilin avqustunda “Əbu Bəkr” məscidi bağlandı. Rəsmilər məscidin müvəqqəti bağlandığını desə də o hadisənin üstündən 8 aydan çox keçib. Amma məscid hələ də açılmayıb. Bir müddət əvvəl isə Yasamalda Məhəmməd peyğəmbərin (s.ə.s.) adına tikilən məscid söküldü. Dövlət rəsmiləri məscidin sökülməsini onun qeyri-qanuni şəkildə tikilməsi ilə əsaslandırdı.
    Aprelin 26-da isə türk məscidi kimi tanınan “Şəhidlər” məscidi bağlandı. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən açıqlamada isə deyilir ki, məscidin bağlanmasına səbəb təmirə ehtiyacı olmasıdır. Səfirlik bildirirdi ki, məscidin bir neçə günə açılacağı istisna edilmir. Amma gözləntilər özünü doğrultmadı. “Şəhidlər” məscidinin bağlanmasından bir həftə keçib. Onun nə vaxt yenidən istifadəyə veriləcəyi hələ də bilinmir.
    Burada diqqəti cəlb edən əsas məsələ cəmiyyətin məscidlərin bağlanmasına ictimai reaksiyasının sönüklüyüdür. İctimai-siyasi təşkilatlar ölkə həyatında baş verən istənilən önəmli hadisə ilə bağlı bəyanat verir, siyasi mövqe bildirirlər. Bu məsələdə isə susurlar. Bu passivliyin səbəbi nədir?
    Müsavat başqanının müavini Mehman Cavadoğlu “Şəhidlər” məscidinin bağlanmasının partiyada müzakirə olunduğunu söylədi: “Amma məscidin bağlanması ilə bağlı müxtəlif versiyalar var. Bunun əsl səbəbi aydınlaşdırılandan sonra partiya buna münasibət bildirəcək”.
    KXCP təşkilat şöbəsinin rəhbəri Xəzər Teyyublu dedi ki, “Şəhidlər” məscidinin məhz Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı müzakirələrin getdiyi bir vaxtda bağlanması təmir məsələsini şübhə altına alır: “Məscidin bağlanması əslində başqa xarakter daşıyır. Hər şeydən öncə isə məscid Allahın evidir. Onun bağlanmasını günah sayırıq. İnanclı insanlarla bağlı məsələlərə kövrək yanaşmaq lazımdır. Təmir əvvəlcədən planlaşdırılır. Ən azı dindarlar xəbərdar olunmalı idi”.
    Ümid Partiyası sədrinin müavini Ənvər Ağazadə məscidin təmirə bağlandığını, yaxın gələcəkdə isə fəaliyyətini davam etdirəcəyini söylədi. Məsələnin siyasi tərəfinə gəlincə isə Ə.Ağazadə dedi ki, “Şəhidlər” məscidi Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşması üzündən bağlanıbsa, bu, iki qardaş ölkə arasında münasibətləri daha da gərginləşdirəcək. Məscidin bu səbəbdən bağlanmasını təsəvvür edə bilmirəm".
    ADP sədrinin müavinin Taliyət Əliyev İdarə Heyətinin sonuncu iclasında “Şəhidlər” məscidinin bağlanması haqda ciddi fikir mübadiləsi aparıldığını bildirdi: “Əbu Bəkr” məscidinin bağlanması, Yasamaldakı məscidin sökülməsi və “Şəhidlər” məscidinin bağlanması partiya tərəfindən vicdan azadlığının boğulması  kimi qiymətləndirilib. “Əbu Bəkr” məscidi bağlananda partiya bəyanat vermişdi. Amma “Şəhidlər” məscidinin təmir adı ilə bağlanmasına Milli Məclisin sədri Oqtay Əsədov da, Türkiyənin ölkəmizdəki diplomatik nümayəndəsinin dini işlər üzrə nümayəndəsi də münasibət bildirib. O gün isə “Yeni Müsavat”da oxudum ki, Naxçıvanda Heydər Əliyevin iştirakı ilə açılan türk məscidinin girişinə də kamera qoyulub və məscidə gəlib-gedənlər hüquq-mühafizə orqanları tərəfindən incidilir. Görünür, nə qədər təkzib edilsə də Azərbaycanda vicdan azadlığı ilə bağlı problemlər var. Məscidin dağıdılması milli mentalitetimizlə bir araya sığan hal deyil. “Şəhidlər” məscidinin təmirə ehtiyacı vardısa, onun indiki halda bağlanması düşünülməmiş addımdır. Türkiyə-Azərbaycan münasibətlərinə xələl dəyib. Cəmiyyətdə anti-türk ovqatı yaratmaq istəyən ruspərəst qüvvələr var".
    Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu dedi ki, insanlar istər Yevlaxda məscidin qəsb olunması, istər “Şəhidlər” məscidinin bağlanması, istərsə də Yasamalda Məhəmməd peyğəmbər məscidinin sökülməsi ilə bağlı çox hiddətlidir. İnsanlar hələ də bu hadisələrin şokunu yaşayır. Məscidin bağlanması ilə bağlı iddialara gəlincə isə Hacı İlqar dedi ki, bunun səbəbi təmir idisə, insanlar xəbərdar edilməli idi: “İş yerlərinə yaxın olan insanlar "Şəhidlər" məscidində ibadət edirdi. Yenicə təmir olunmuş məsciddə hansı təmirdən söhbət gedə bilər? Təmir məsələsi də olsa, bunu indiki məqamda etmək doğru deyildi. Bəzi versiyalara görə, məscidin bağlanması Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlıdır. Bu addım inanclı insanların hisslərinə həqarətdir. Dinlə bağlı məsələlərdə qeyri-peşəkarlıq nəzərə çarpır. İnanc, mənəviyyat və əxlaqla bağlı məsələlərə həssas yanaşılmadığı görünür. İnanca mənəviyyata bu cür münasibət baş alıb gedərsə, intihar və zorakılıq halları, narkomaniya da artacaq. İnanc toplumun mənəvi bünövrələrindən biridir. Bütün bu kimi hallar məsələnin mahiyyətini anlamadan atılan addımlardır".

    Leyla İLQAR


    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: abdrahim | Baxılıb: 977 | Tarix: 03.06.2023
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 2
    11.05.2009
    2. könül (medine) [Məqalə]
    sad cry angry

    11.05.2009
    1. könül (medine) [Məqalə]
    ALLAHIN EVLÄRINI BIR COX SABABSIZ BÄHANÄLÄRLÄ SÖKÜRLÄR BAGLAYIRLAR ALLAH AZERBAXYCANI BU ISLÄRINÄ GÖRÄ BÄLÄARDAN GORUSUN KAFIR ÖLKÄSINDÄ HÄR ADDIM BASI BIR KILSÄ VAR KÖHNÄDÄ OLSA SÖKMÜRLÄR BAGLAMIRLAR COX YAXSI BAXIRLAR ANCAG BIZDÄ BAHANÄLÄRLÄ SÖKÜRLÄR BAGLAYIRLAR NÄ BILIM BUNLARIN DEYÄSÄN HEC ALLAH GORXUSU YOXDUR GÖZLÄYÄK GÖRÄK INDI HANSI MESCIDI BAGLAYACAGLAR BUNLAR BÜTÜN BIZIM BASIMIZA SUSGUNLUGUMUZDAN GÄLIR RESTORANLARI KAFELÄRI BAGLASAYDILAR BAX NECÄ HARAY SALARDILAR SÖNBÄT MESCIDÄ GÄLÄNDÄ SUSURLAR ALLAH KÖMÄK OLSUN MÖMÜNLÄRÄ NÄ DEYIM COX CÄTINDIR BI VÄZIYYÄT

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2009  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Robertdom, Enriquegymn, Rolandowabs
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2023 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru